“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Nizami Bəhmənov bu gün saat 17.00 radələrində öz iş otağında vəfat edib
Azərbaycan servisi/Aran Agentliyi
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Nizami Bəhmənov bu gün saat 17.00 radələrində öz iş otağında vəfat edib. Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə veriln məlumata görə, o, təcili yardım çatanadək dünyasını dəyişib. Ehtimal olunur ki, ölümə infarkt səbəb olub.
Nizami Bəhmənov 1948-ci il aprelin 4-də Şuşada anadan olub. O, keçmiş Azərbaycan Politexnik İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb. Əməkdar mühəndisdir.1992-ci ilin aprelin 8-də Şuşanın icra başçısı təyin olunana qədər bu şəhərdə tikinti quraşdırma birliyinə rəhbərlik edib. 1992-ci ildən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının üzvüdür.
Allah rəhmət eləsin!