Rusiyanın baş naziri Vladimir Putin seçkilərdən sonra formalaşacaq ABŞ hökumətindən Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasını gözləyir
Rusiya servisi/Aran Agentliyi
V. Putin bunu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib. V. Putin “münasibətləri onlar korladılar, qoy onlar da düzəltsinlər”, deyib. Dünyada yaranan bütün qlobal böhranlar zamanı Rusiya ilə ABŞ-ın hər zaman birgə hərəkət etdiklərini vurğulayan baş nazir xatırladıb ki, Avraam Linkolnun dövründə dövlət katibi olmuş Amerika siyasətçilərindən biri Rusiya ilə əlaqələri bütün Avropa ölkələri ilə əlaqələrdən daha üstün tutduqlarını bəyan edib: “Qlobal böhranlar zamanı qarşılıqlı maraqlar hansısa fikir ayrılıqlarını üstələyir. Birinci və ikinci dünya müharibələri zamanı belə olub. Biz bunu heç vaxt unutmuruq. İstərdik ki, amerikalı tərəfdaşlarımız da bunu yadda saxlasınlar”.