İlham Əliyev İİR-nın regional əməkdaşlıqlar barədə ölkələr arasında dialoqun aparılmasına dair təklifini müsbət qarşılayıb
Azərbaycan servisi/Aran Agentliyi
İlham Əliyev İİR-nın regional əməkdaşlıqlar barədə ölkələr arasında dialoqun aparılmasına dair təklifini müsbət qarşılayıb.
Az. R-nın prezidenti İlham Əliyev şənbə günü İran İslam Respublikasının Xarici İşlər Naziri Mənuçehr Müttəki ilə görüşdə rəsmi Tehranın regionla əməkdaşlıqlar və sülhün bərpa olunması barədə irəli sürdüyü təklifi müsbət qarşılayıb və deyib: Regional dialoq reallaşarsa, məntəqə ölkələri stabillik və təhlükəsizliyin şahidi olar və belə bir təqdirdə regiondan kənar ölkələrə də heç bir ehtiyac qalmaz.
Əliyev əlavə olaraq deyib: Region ölkələrinin əməkdaşlıqları dünyada daha yüksək təhlükəsizlik və böyük bir enerji məntəqəsinin yaradılmasına zəmin ola bilər.
Az. R-nın prezidenti ikitərəfli əməkdaşlıqların yüksələn xətt üzrə inkişafından razı qaldığını bildirib və deyib: İran regionda Az. R-nın dostu və qardaşı kimi böyük rola malikdir.
İranın Xarici İşlər Naziri də həmin görüşdə deyib: Region ölkələri ikitərəfli və neçə tərəfli əməkdaşlıqlar çərçivəsində regional təhlükəsizlik əməkdaşlıqları barədə yeni bir strateji əhəmiyyətli qurum təşkil edə bilərlər. Müttəki regiondan kənar ölkələrin regionda olması və onların təhrikedici siyasətlərini regionda cərəyan edən təhlükəsizliyin əsas amili hesab edərək deyib: Bu kimi hərəkətləri zərərsizləşdirmək üçün kollektiv təşəbbüskarlıqla yeni çərçivələrə əsasında möhkəm addımlar atılmalıdır.
İranın Xarici İşlər Naziri həmçinin İranla Az. R-nın arasındakı əlaqələrin əhəmiyyətinə təkid edib və deyib: Enerji sahəsində, nəqliyyat və müxtəlif layihələrlə bağlı əsaslı addımlar atmağa nail olmuşuq