Tarix : 2008 Sep 14
Kod 7267

Müttəki : Region ölkələrinin sıx əlaqələri daha zəruridir

Avropa ilə əməkdaşlıqlar regional bir iş kimi deyil, onların regionda və Qafqazda cərəyan edən dialoq cərəyanının himayəsini qazanmaq niyyəti ilə həyata keçirilir
Azərbaycan servisi/Aran Agentliyi

İİR-nın Xarici İşlər Naziri deyib: Regionda cərəyan edən dəyişikliklər regional əməkdaşlıqların zəruriliyinə bir dəlildir. İRNA-nın məlumatına görə, Mənuçehr Müttəki şənbə günü axşamçağı Bakını Tehrana doğru tərk etməzdən qabaq müxbirlərlə müsahibədə deyib: İran Qafqaz regionunun ən qədim qonşusu kimi olaraq, regionda yeni bir diplomatiyaya start verib və onun başlanğıcı Moskvadan olub.
Müttəki deyib: Bazar ertəsi günü Almaniyada, sonra isə Tehranda Ermənistan rəsmiləri ilə həmin dialoq davam etdiriləcək. İranın Xarici İşlər Naziri digər tərəflərlə də dialoqun aparılması nəticəsində əməkdaşlıqların neçətərəfli şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Müttəki əlavə olaraq deyib: Avropa ilə əməkdaşlıqlar regional bir iş kimi deyil, onların regionda və Qafqazda cərəyan edən dialoq cərəyanının himayəsini qazanmaq niyyəti ilə həyata keçirilir.
İranın Xarici İşlər Naziri Qafqaz ölkələri və onların qonşularının regional əməkdaşlıqlarının inkişafı məqsədi ilə konstruktiv dialoqun təşkili üçün münasib bir çərçivəyə əl tapacaqlarına ümidvar olduğunu bildirmişdir .

  • Yazılıb
  • da (də) 2008 Sep 14