Bazar günü səhərçağı saat 1:12 radələrində Moskvaya tərəf uçan bu təyyarə, Rusiyanın Dağlıq Ural regionu mərkəzində Perm şəhəri yaxınlığında enməzdən öncə qəzaya uğrayıb
Rusiya servisi/Aran Agentliyi
Rusiyanın səsi radiosu, Sibir regionunda bu ölkənin BOİNQ-737 tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində, 88 sərnişinin həlak olmasından xəbər verib. Rusiyanın səsi radiosu, bu ölkənin Fövqəladə Hallar Nazirliyinin sözçüsü İrina Andrianovaya istinadən bildirib: Bazar günü səhərçağı saat 1:12 radələrində Moskvaya tərəf uçan bu təyyarə, Rusiyanın Dağlıq Ural regionu mərkəzində Perm şəhəri yaxınlığında enməzdən öncə qəzaya uğrayıb. Bu təyyarənin 83 sərnişini və 5 qulluqçusunun həlak olması ehtimal olunur.
Təyyarənin qəzaya uğramasının əsas faktı hələdə dəqiqləşməyib və bu haqda araşdırmalar davam etməkdədir.
Ötən il Rusiyada baş vermiş hava qəzasında 318 nəfər həlak olmuşdu.