Hərb üsullar və əməliyyat taktikalarını sınamaq, İran qüvvələrinin hərbi manevrlərinin keçirilməsinin digər hədəflərindən sayılır
İİR servisi/Aran Agentliyi
Mustafa Nəccar deyib: İranın hərbi qüvvələrinin təlimləri ölkənin hərbi qüdrətini yüksəltmək və İranın hazırladığı müdafiə təchizatını sınamaq üçün aparılır. İranın Mərkəzi İnformasiya Agentliyinin verdiyi məlumata görə, İİR-nın Müdafiə Naziri General Mustafa Nəccar jurnalistlərə verdiyi açıqlamasında, bu məqama toxunaraq deyib: Hərb üsullar və əməliyyat taktikalarını sınamaq, İran qüvvələrinin hərbi manevrlərinin keçirilməsinin digər hədəflərindən sayılır.
İranın Müdafiə Naziri bazar ertəsi günündən etibarən keçiriləcək "Vilayət siması" hərbi təlimin bu hədəflərə nail olmaq istiqamətində olduğunu vurğulayıb.
Çıxışının digər bir hissəsində düşmənlərin təhdid xarakterli mövqeyinə münasibət bildirən Mustafa Nəccar deyib: Düşmənlərin İran xalqına qarşı təhdidləri yeni bir məsələ deyil və adi məsələyə çevrilib ki, buda əslində psixi bir əməliyyatdır.