Onlardan səkkiz nəfəri Azərbaycan, digərləri isə Türkiyə, Fransa və Almaniya vətəndaşlarıdır
Azərbaycan servisi/Aran Agentliyi
Rusiyanın Perm vilayətində içərisində 88 nəfər olduğu «Boinq -737» təyyarəsi qəzaya uğrayıb. «Novosti» informasiya agentliyi xəbər verir ki, təyyarənin qara qutularından biri artıq aşkar edilib və ekspertizaya göndərilib. İlkin ehtimallara görə, təyyarəyə bilet alan sərnişinlərdən üçü registrasiyadan keçməyib və avialaynerə əyləşməyib. Registrasiyadan 7 nəfər heyət üzvü və 81 sərnişin keçib. Onlardan beş nəfəri 12 yaşında, biri isə 2 yaşlı uşaq olub. Sərnişinlərdən 21-i əcnəbi olub. Onlardan səkkiz nəfəri Azərbaycan, digərləri isə Türkiyə, Fransa və Almaniya vətəndaşlarıdır.