Tarix : 2008 Sep 15
Kod 7291

TÜRKİYƏDƏ 150 SƏRNİŞİNİ OLAN BƏRƏ BATIB

göyərtəsində 100-150 nəfər sərnişin olan bərə 70-ə yaxın yükmaşını daşıyırmış, bəzi məlumatlara görə isə sürücülərin çoxu öz maşınlarında yatıbmış
Türkiyə servisi/Aran Agentliyi

Bu gecə Türkiyə sahilində Mərmərə dənizində sahilə 300 metr yaxınlıqda içində 150 nəfər olan bərə batıb. Verilən məlumata görə, sərnişin bərəsinin batması nəticəsində 1 nəfər ölüb, 89 sərnişin xilas edilib, 5 nəfər itkin düşüb.  CNN Türkün məlumatına görə, bərə Bandırma şəhərindən İstanbul istiqamətndə hərəkət edirmiş. Müxtəlif məlumatlara görə, göyərtəsində 100-150 nəfər sərnişin olan bərə 70-ə yaxın yükmaşını daşıyırmış, bəzi məlumatlara görə isə sürücülərin çoxu öz maşınlarında yatıbmış. Bərənin kapitanının fikrincə, qəzaya  yüklərin qeyri-düzgün yerləşdirilməsi səbəb ola bilər.

  • Yazılıb
  • da (də) 2008 Sep 15