Mağaza sahibləri deyiblər ki, onları bazarın bağlanacağı barədə məlumatlandırıblar, lakin bunun oktyabrın 20-də olacağını deyiblər
Azərbaycan servisi/Aran Agentliyi
Bu gün səhər saatlarında Gəncə şəhərindəki “Gəncə” ticarət mərkəzinin mağaza sahiblərinin üzünə bağlanması yenidən etiraza səbəb olub.
Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, səhər tezdən yarmarkaya gələn ticarətçilər bazarın qapısının qıfılla bağlandığını görüblər. Ticarət mərkəzinin sahibi burada alver edənləri içəri buraxmaqdan imtina edib, bu da səs-küyə səbəb olub. Mağaza sahibləri Lent.az-ın əməkdaşına deyiblər ki, onları bazarın bağlanacağı barədə məlumatlandırıblar, lakin bunun oktyabrın 20-də olacağını deyiblər. Bazar rəhbərliyinin birdən-birə qərarını dəyişməsi satıcılarda narazılıq doğurub.
Qeyd edək ki, ticarət mərkəzinin yerində hündür mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub.