Rusiyanın Qara dəniz Donanmasına bağlı bir gəmi Suriyanın Aralıq dənizi sahillərindəki Tartus limanınında "Rusiyanın hərbi istifadəsi üçün" razılaşılıb
Rusiya servisi/Aran Agentliyi
Rus donanması SSRİ-nin dağılmasından sonra çəkildiyi Aralıq dənizinə ilk dəfə geri qayıdır, - agenliklər xəbər verir.İtar-Tass agenliyinin xəbərinə görə Rusiyanın Qara dəniz Donanmasına bağlı bir gəmi Suriyanın Aralıq dənizi sahillərindəki Tartus limanınında "Rusiyanın hərbi istifadəsi üçün" razılaşılıb. İki ölkənin dəniz qüvvələri komandirləri də Moskvada bir araya gəlib. Rusiya donanma rəsmisi İgor Diqalo etdiyi şərhdə, görüşmələrdə iki ölkə donanmaları arasındakı əməkdaşlığı inkişaf etdirməyi məqsədləyən görüşlərin müzakirə edildiyini bildirib.
İnterfaksın xəbərinə görə, Qara dəniz Donanması Komandiri Adramiral Eduard Baldin də etdiyi şərhdə, "Aralıq dənizində patrulluq edən gəmilərin əsas bazalarına (Krım) qayıtmalarındansa orada belə bir təsisin olması daha üstündür" deyib. Rus donanması keçmiş komandir köməkçisi Oramiral İgor Kasatonov da Tartusun, ölkənin dənizdənkənar tək donanma bazası olduğunu və Rusiya üçün böyük bir geopolitik əhəmiyyətə sahib olduğunu söylədi.