Amerikada Corc Buşun hakimiyyətə gəldiyi gündən indiyədək, bu ölkənin yeri və mövqeyi Türkiyə xalqının gözündə son dərəcə zəifləyib və bunun səbəbi aydındır
Türkiyə servisi/Aran Agentliyi
Amerikalı bir şirkətin apardığı rəy sorğularının nəticələri göstərir ki, Türkiyədə xalqın təkcə 14%-i ABŞ və bu ölkə hökumətinə baxışı müsbətdir. Fars İnformasiya Agentliyi xəbər verir: Son vaxtlar Türkiyədə amerikalı bir şirkət tərəfindən aparılan rəy sorğularına uyğun olaraq, Amerikanın İraqı işğal etməsi xüsusi ilə də bu hegemon dövlətin Yaxın Şərq regionunu parçalamağa cəhd göstərməsi və Sionist rejiminin törətdiyi cinayətlərə dəstək verməsi Türkiyə xalqının Amerika Birləşmiş Ştatlarına nifrət bəsləməsinin ən mühüm amillərindəndir.
Bu rəy sorğularının nəticələrinə görə, xalqın 48%-i Türkiyə hökumətinin müsbət siyasi mövqe tutmasını istəyir.
Türkiyənin sabiq Əmək Naziri Yaşar Okuyanda çərşənbə axşamı Əlaləm telekanalı ilə müsahibədə deyib: Amerikada Corc Buşun hakimiyyətə gəldiyi gündən indiyədək, bu ölkənin yeri və mövqeyi Türkiyə xalqının gözündə son dərəcə zəifləyib və bunun səbəbi aydındır. Çünki Buş administrasiyası Yaxın Şərq regionunu parçalamağa və Türkiyə ərazisində Kürdüstan dövlətini yaratmağa cəhd göstərir.