Qarabağ münaqişəsi zamanı isə heç bir super dövlət, o cümlədən Rusiya, Avropa Birliyi və ABŞ Qarabağ xalqının öz müqəddəratanı təyin etmək hüququnu dəstəkləməyə hazır deyillər
Ermənistan servisi/Aran Agentliyi
Ermənistanan keçmiş prezidenti Levon Ter-Petrosyan dünən İrəvanın mərkəzində keçirilən mitinq zamanı prezident Serj Sarkisyanın siyasətini kəskin tənqid edib. Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Ter-Petrosyan hazırkı hakimiyyətin Qərbə və Türkiyəyə istiqamətlənməsi ilə ATƏT Minsk Qrupunun taleyini təhlükə altına atdığını bəyan edib.
Eks-prezident Sarkisyanın siyasətinin ilk növbədə Ermənistan üçün təhlükəli olduğunu vurğulayıb: “Əgər Sarkisyan ölkədəki siyasi atmoferi dəyişməyə cəhd etsə, siyasi dustaqları azad etsə, açıq dialoqa başlasa, bu, Qərb üçün Ermənistanın xaricdən gələn təzyiq qarşısında birləşməyə və milli məsələləri bir yerdə həll etməyə hazır olduğu ilə bağlı siqnal olacaq. Əks halda onun nəinki Dağlıq Qarabağ məsələsini və “erməni soyqırımı”nın tanınmasını, eləcə də bizi ölkəmizin dövlətçtliyini hərraca çıxartdığını söyləmək olar”.
Ter-Petrosyan bildirib ki, münaqişələrin həlli zamanı dünya birliyi və spuer dövlətlər “məqsədəuyğunluq sindromu”ndan çıxış edərək ya ərazi bütövlüyünün saxlanılması, ya da millətin öz müqəddəratını həll etmək hüququ prinsipindən çıxış edirlər: “Qarabağ münaqişəsi zamanı isə heç bir super dövlət, o cümlədən Rusiya, Avropa Birliyi və ABŞ Qarabağ xalqının öz müqəddəratanı təyin etmək hüququnu dəstəkləməyə hazır deyillər”.