Mənuçehr Müttəki: "İran İslam Respublikasının regional məsləhətləşmələr aparmaqda məqsədi, həssas və önəmli region sayılan Qafqazda sülh və sabitliyin bərpa edilməsinə nail olmaqdır"
İİR servisi/Aran Agentliyi
İİR-nın Xarici İşlər Naziri Mənuçehr Müttəki həssas Qafqaz regionunda sülh və sabitliyin bərpa edilməsini istəyib.
Müttəki Berlində almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə görüşdə, Qafqaz regionunda sabitlik və əmin-amanlığın bərqərar edilməsinin daşıdığı əhəmiyyətə işarə etmiş və demişdir: İran İslam Respublikasının regional məsləhətləşmələr aparmaqda məqsədi, həssas və önəmli region sayılan Qafqazda sülh və sabitliyin bərpa edilməsinə nail olmaqdır.
Onun sözlərinə görə, bu hədəflə Rusiya və Azərbaycan Respublikası kimi ölkələrlə məsləhətləşmələr aparıldı və prosesin davamında Ermənistanın Xarici İşlər Nazirinin İrana səfəri baş tutaraq, Qafqaz regionunun məsələləri haqda fikir mübadiləsi aparılacaq. Almaniyanın Xarici İşlər Naziri də İİR-nın təşəbbüsünü müsbət qarşılayaraq, deyib ki, ölkəsi Almaniya həssas Qafqaz regionunda sülh və sabitliyin bərpa olunmasının zəruriliyinə təkid edir və bu hədəfə nail olmaq üçün istənilən mövqeyə dəstək verir.
Qeyd edək ki, iki ölkənin Xarici İşlər Naziri habelə qarşılıqlı əlaqələr gedişatının son durumu, xüsusi ilə də İranla Almaniya əlaqələrinin sıxlaşdırılması, ifratçılıq, terrorizm və mütəşəkkil cinayətlərlə mübarizədə iki ölkənin mövcud potensial və imkanlarından yüksək səviyyədə istifadənin zəruriliyini vurğulayıblar.