İİR-nın Xarici İşlər Naziri İranla Almaniyanın Qafqaz olaylarını izləmək üçün işçi qrupunun təşkili üzrə qərarlarından xəbər verib
Ermənistan servisi/Aran Agentliyi
İİR-nın Xarici İşlər Naziri İranla Almaniyanın Qafqaz olaylarını izləmək üçün işçi qrupunun təşkili üzrə qərarlarından xəbər verib.
Mənuçehr Müttəki bu gün çərşənbə axşamı günü Tehranda Ermənistanın Xarici İşlər Naziri ilə müştərək mətbuat konfransında özünün dünənki Almaniya səfərinə işarə edərək, deyib: Alman tərəfi ilə Qafqaz dəyişiklikləri barədə faydalı və aparıcı danışıqlar həyata keçirildi və belə qərara alındı ki, işçi qrupunun təşkili ilə danışıqlar davam etdirilsin. Müttəki İranla Ermənistan arasındakı əməkdaşlıqlar növü barədə deyib: Enerji nəqli xətləri, elektrik stansiyalarının inşası nəqliyyat əlaqələrinin və dəmiryolu xətlərinin genişləndirməsi və su elektrik stansiyalarının inşası haqda Ermənistanla əməkdaşlığımız vardır və sərhədlərdə iki ölkə vətəndaşları üçün vizanın verilməsi və İranla Ermənistanın sərhəd vilayətlərində baş konsulluğun açılması iki ölkənin əlaqələri və iqtisadi əməkdaşlıqlarını asanlaşdıra bilər.
Qeyd edilən iclasın davamında da Ermənistan Xarici İşlər Naziri Eduard Nəlbəndyan da ölkəsinin kollektiv təhlükəsizlik paktına dövrü sədrliyinə işarə edərək, Qafqazda böhranın həll edilməsi barədə deyib: Türkiyə bu haqda bir layihə təklif edib və bu gündə İran maraqlı bir təklif irəli sürdü ki, gələcək də bu haqda öz nəzərimizi bildirəcəyik. İranla Ermənistan Xarici İşlər Nazirləri həmçinin regional münaqişələr, o cümlədən Qafqaz bölgəsindəki böhranın həll edilməsinə təkid ediblər. Ermənistanın Xarici İşlər Naziri İranın Qafqaz regionunda sülhün bərqərar edilməsi üzrə fikir mübadilələrinin davamlı istiqamətində Tehrana səfər edib.