Tarix : 2008 Sep 17
Kod 7334

AZƏRBAYCANDA SUİ-QƏSD HALLARI NİYƏ ARTIR

Bu yaxınlarda dünya intiharın qarşısını alma gününü qeyd etdi. Qeyri-standard olsa da, cəzbedici səslənir. İlk dəfə belə bir təşəbbüs Beynəlxalq Səhiyyə Təşkilatının fikrinə gəlmişdir
Azərbaycan servisi/Aran Agentliyi

Belə ki, bu təşkilat dünya üzrə hər saniyə həyatına son qoyan insanların siyahısını tərtib etməyə və intihar edən insanların səbəblərini araşdırmaq barədə düşünmüşdür.

    Təşkilatın ekspertləri hesablamışdırlar ki, orta hesabla hər gün iradəvi olaraq təxminən üç min insan həyatına son qoyur. Ən maraqlısı isə budur ki, bu gün özünə qəsddən ölənlərin sayı, cinayətlər, yol qəzaları və müharibələr nəticəsində ölənlərin sayından çoxdur. Əgər məlumatların doğruluğuna inansaq, demək olar ki, hər 40 saniyədə bir kimsə iradəvi olaraq həyatdan gedir. Bununla yanaşı, özünə qəsdə cəhd halları bundan 20 dəfə çoxdur. Bunun səbəbləri isə, BST-nin gəldiyi qənaətə görə, həyatın özü qədər sadə və bayağıdır. Bunlar həm kasıblıq, həm işsizlik, həm yaxınlarını itirmək və hətta uşaqlıqda məruz qalınan zorakılıqdır. Gözləyən cəzadan qaçmaq üçün edilən intihar da təsadüf olunandır. Bunlardan başqa sosial təcrid, depressiya və şizofreniya kimi ruhi xəstəliklər, ailə münasibətləri, həyatdan doymaq, ağır xəstəliklər və bir çox başqa səbəblər də insanların intihar etməsinə səbəblər kimi göstərilir.

    Amma həqiqətdə isə intihar probleminə daha ciddi yanaşmaq lazımdır. Məlumdur ki, həyatınıı deyildiyi kimi alınlarında yazılandan daha tez sona çatdırmaq istəyən insanlar bütün cəmiyyətlərdə, o cümlədən zahirən firavan, mənəvi və sosial sağlam görünən cəmiyyətlərdə də rast gəlmək mümkündür. Belə ki, könüllü şəkildə özünə qəsd edənlərin sayı kəskin şəkildə artdıqda, bu artıq sübut edir ki, cəmiyyətdə hər şey öz yerində deyil.  


    Oxşar vəziyyətdə biz də ola bilərik, əlbəttə əgər hələ olmamışıqsa. Rəqəmlərə bir diqqət edin. Hələ ilk 7 ay ərzində Azərbaycanda 120 intihar və yüzlərlə özünə qəsdə cəhd halları qeydə alınıb. Belə bir məlumatları rəsmi omasa da, 1news.az saytı verir. Bundan başqa Azərbaycan informasiya saytlarındakı xəbərləri gündəlik izləyən insan, bunsuz belə bu ilin özünə qəsdlər üçün məhsuldar olduğu qənaətinə gələcək qədər intihar xəbərinə rast gələ bilərdi.

   
 İntihar spektiri genişlənib


     İntihar qasırğasının episentirini son zamanlar oradan gələn çoxsaylı faciə siqnallarını nəzərə alaraq cənub zonasını göstərmək olar. Yalnız iyul ayında Lənkəranda 4 intihar halı ilə əlaqədar hadisə qeydə alınmışdır. Özlərinə qarşı cinayət etmiş insanların ikisi cavan oğlan, biri qız və biri yaşlı insandır. Bununla belə, bütün intihar halları özünü asmaqla həyata keçirilib.

    İntihar hadisələrinin xronologiyasına nəzər salsaq, belə bir nəticəyə gəlmək mümkündür ki, bu hadisələr ən çox təhsil ilinin sonuna təsadüf edir və ən çox 17-18 yaşlar arası qızların payına düşür. Bununla bərabər yenidən özünə qəsd edən cavan qızların çoxu cənub zonalarından, eyni zamanda Şəki və Zaqatala rayonlarındandır. Bütün bunlardan maraqlı detallar aşkara çıxarmaq mümkündür. Birincisi, Azərbaycanda baş verən bir çox intihar halları paytaxt, o cümlədən iri şəhərlərə nisbətən regionlarda daha çox qeydə alınır. İkincisi, bu gün həyata son qoymaq üçün ən yaxşı variant olaraq özünü asmaqdan istifadə olunur. Burada bir az kənara çıxaraq bildirim ki, hələ 10-20 il bundan öncə insanlar dünyanı asanlıqla başa vurmaq üçün özünü yandırır, sirkə essensiyası və ya yüksək dozalı psixotrop dərmanlar qəbul edirdilər. Sonuncu yeri gəlmişkən daha çox cavanlar arasında  yayılmışdır.

    Üçüncüsü isə əvvəllər intihar qurbanları məhdud kateqoriyalı, o cümlədən yaradıcı sahədən olan insanlar və ya yaxınını itirməklə qəlbi qırılan insanlar (burada 20 yanvar 1990-cı ildə nişanlısı İlhamın şəhid olması səbəbindən Fərizənin essensiya içərək özünü öldürməsini göstərmək olar) təşkil edirdilərsə, indi bunun kateqoriyaları genişlənib.  
 

  İntiharçıların qərarlarına nə təsir edir?


    Gör həyat necə dəyişilib ki, intihara artıq müəllimlər də üz tutur. Təxminən bu günlərdə Azərbaycanın Qusar rayonunun Anix ərazisində bir müəllimin özünə qəsd etməsi faktı qeydə alınmışdır. Kimya müəllimi olan 50 yaşlı Cəmiddi Kərimov öz həyətindəki anbarda özünü asmışdır. Bu yay Masallı rayonunda da belə bir hadisə baş vermişdir. Tukləkənd əyalətində fizika müəllimi olan Ərəstun Huseynov özünü asmışdır. Huseynov özünə qəsdi evinin yaxınlığındakı dükanda icra etmişdir. Öz vaxtında məhşur və tərifə layiq görülmüş 61 yaşlı Qabil Mikayılov öz evinin dəhlizində özünü asmışdır. Nə demək olar, hətta sosial çətinlikdən əziyyət çəkməyən gömrük işçisi də Bakıdakı evində özünü asıb.

    Məlum olduğu kimi, son vaxtlar orduda da intihar halları qeydə alınır. Bizimlə söhbətində hərbi ekspert Uzeyir Cəfərov bildirmişdir ki, bu il Azərbaycan milli ordusunda ölənlərin 30%-dən çoxu özünə qəsd edənlərdir. Düzdür, keçən il orduda intihar edənlərin sayı bu il ilə müqayisədə çox idi. Hərbidə də özünü asmaqdan tutmuş, özünü güllələməyə qədər intihar metodları müxtəlifdir. Belə ki, iyulun 29-dan 30-na keçən gecə Azərbaycan sərhəd xidmətinin Biləsüvarda yerləşən hərbi hissəsində bir əsgər özünü asmışdır. Hərbi ekspert U.Cəfərovun sözlərinə görə hərbi hissədən başqa, evdə də özünü asanlar az deyil. Səbəblərsə yenə də müxtəlif ola bilər. Lakin, əsasən əsgərlər dözümsüz, bitməyən pis atmosfer və ya evlərindəki çətinliklər üzündən intihara əl qoyurlar. O, təəssüflə bildirb ki, hərbidə qeydə alınan heç də bütün intiharların səbəbləri araşdırılmayıb. Bundan başqa az təsadüf olunmur ki, əsgər ya səbəbi bilinmədən özünə qəsd edir və ya onu təsadüf nəticəsində güllələyirlər.

    Azərbaycan teoloqu İlqar İbrahimoğlu intihar hallarının çoxalmasının əsas səbəblərini qloballaşma prosesində axtarmağı tövsiyə edir. “İntihar, bu gün qloballaşma proseslərini yaşayan müasir dünyanın ən ciddi problemlərindən biridir. Əslində məhz qloballaşma, intihar kimi halların qeyri-ənənəvi olduğu ölkələrdə sosial xəstəliklərin paylayıcısıdır”, - deyə teoloq bildirmişdir.


    Sirr deyil ki, özünə qəsd ən böyük günahlardan olduğundan, müsəlman dövlətlərində intihar ən az təsadüf olunan və istisnavi olan hallardandır. Lakin bugünkü gün, hamımız cəmiyyətin müxtəlif “ənənələrlə” yoluxduğunun şahidi olduğumuz bir vaxtda belə bir hallar daha kütləvi xarakter almağa başlayıb. Azərbaycan da bu sırada istisna deyil. Ekspertin fikrincə bizim dövlət heç də sözün həqiqi mənasında müsəlman ölkəsi deyil. Sovet keçmişini nəzərə alsaq, Azərbaycan etnik müsəlmanların yaşadığı bir ölkədir. ”Digər müsəlman ölkələrinə məxsus və onların cəmiyyətlərinin əsasını təşkil edən ruhi zənginlik, həyati inam və dünyaya baxış – bütün bunlar hələlik ki, Azərbaycana tanış deyil. Bizim insanlarda həyata yanaşmada real fundamental əsaslar yoxdur. Təəccüblü deyil ki, cəmiyyətimizin böyük bir hissəsinə intiharın günah və İslam dini nöqteyi-nəzərindən tamamilə yolverilməz olduğu məlum deyil”, - deyə İ.İbrahimoğlu öz mülahizələri ilə bölüşmüşdür. Qeyd edək ki, xristianlıqda da intihar böyük günahlardan hesab olunur.

    İbrahimoğlu hesab edir ki, Azərbaycanda intiharın səbəbləri məhz dərin depressiya, mənəvi təzyiq və əlacsızlıqdır. İntihar axı öz növbəsində həmçinin cəmiyyətin sağlamlıq səviyyəsinin gösrəricisidir. Teoloqun qeyd etdiyinə görə, xəstəliyi tapıb müəlicə etmək əvəzinə ölkədə əks proseslər baş verir. Sağlam cəmiyyətin vəziyyəti günü-gündən ağırlaşdırılır. Belə ki, o, qeyd edib ki, hazırda telekanallarda maarifpərvər xarakter daşıyan verilişlərdən başqa hər şey görmək mümkündür. “Diqqət edin. Televizorlar aqressiya çoxluğu təşkil edən və başdan-başa qəddarlıq ifadə edən film və sujetlər nümayiş etdirirlər. Praktik olaraq heç bir kanalda əhalinin ruhi zənginləşdirilməsinə xidmət edən verilişlər yayımlanmır. İnsan psixikasına birbaşa təsir edən müsbətdən xeyli çox mənfi keyfiyyətlər var. Dini və ümümilikdə hərtərəfli maarifləndirmənin olmaması məhz bu xəstəliyin ağırlaşmasına gətirir”, - deyə İbrahimoğlu fikrini əsaslandırmışdır.

    Burada oxucuların icazəsi ilə bir az kənara çıxaq. Əgər həqiqətən tele-ekranlardan külli miqdarda mənfi enerji və aqressiya ötürüldüyünü araşdırsaq, onda dolayısı yolla bayaq qeyd etdiyimiz məsələnin – niyə paytaxta nisbətən regionlarda intihar hallarının çox olduğunun səbəblərindən birini tapmaq mümkün olar. Başa düşmək çətin deyil ki, hələ də sosial və iqtisadi böhran mərhələsini yaşayan əyalət yerlərinin əhalisinin bahalı əyləncələrdən istifadə etmək  imkanı yoxdur. Əldə oluna bilən və ucuz əyləncələrdən biri - güman ki, televizordur. Budur məlum olur ki, televizorların ekranlarına yapışan kənd camaatının, daha rəngarəng həyatı olan şəhər əhalisinə nisbətən mənfilikləri özlərinə toplamaq imkanı daha çox olur. Beləlikə, intiharın heç də təsadüfü deyil, cəmiyyətdə gedən proseslərin nəticəsindən meydana gəldiyini bildirən müsahibimiz İ.İbrahimoğlunun dediyi kimi, region əhalisi depressionluğa və mənəvi düşkünlüyə daha çox meyilli olurlar.

    P.S. Bir çox potensial özünə qəsd edənlər əvvəlcədən məqsədləri barədə açıq şəkildə xəbərdarlıq edirlər. Buna görə də bütün bu xarakterli hədələrə ciddi yanaşmaq lazımdır. Əgər sizin rastınıza çoxdandır özünə qəsd etmək fikrində olduğunu bildirən biri çıxır və siz buna ciddi yanaşmamısınızsa, bundan sonra böyük bir ailənin üzvü kimi onlara qarşı diqqətli olun və onlara diqqət ayırmaqdan və kömək etməkdən çəkinməyin. Nəticədə siz bir kimsənin cəmi bir dəfə verilən həyatını xilas edə bilərsiniz.

  • Yazılıb
  • da (də) 2008 Sep 17