Tarix : 2008 Sep 17
Kod 7340

İRAN YENİ SURƏTLİ QATAR SİSTEMİNƏ KEÇİR

Qatarların saatda 300-500 km surətlə hərəkət edəcəyini önə çəkən İranlı rəsmi bu layihənin dövlətə təqdim edildiyini bildirib
İİR servisi/Aran Agentliyi
İranda yeni qatarlar fəaliyyətə başladılacaq.

İslam-Azeri-nin Fars nyusa istinadlı xəbərinə görə dünən Xorasansa Rəzəvi Əyaləti Yol və Nəqliyyat Şurası yığıncağında Nəqliyyat nazirliyinin rəsmisi Huseyn Behzufər İranda yeni tip qatarların istifadəyə veriləcəyini bildirib.

Onun sözlərinə görə Tehran-Məşhəd reysi ilə hərəkət edəcək qatar 860 km yolu 2 saata qət edə biləcək.

Qatarların saatda 300-500 km surətlə hərəkət edəcəyini önə çəkən İranlı rəsmi bu layihənin dövlətə təqdim edildiyini bildirib.
  • Yazılıb
  • da (də) 2008 Sep 17