Seçki namizədlərinin bu ölkənin başqa telekanallarından istifadə etməsi reklam normalarına əsasən məbləğin ödənilməsi ilə şərtləndirilib
Azərbaycan servisi/Aran Agentliyi
prezidentliyə iddialı 7 namizəd 28 gün müddətində seçki kompaniyası aparacaq. Az. R-nın Mərkəzi Seçki Komissiyası bu gün bildirib: Namizədlər İctimai televiziya kanalı vasitəsi ilə və pulsuz olaraq Az. R-nın MSK-nın təyin etdiyi saat orada özləri üçün təbliğat aparacaqlar.
Seçki namizədlərinin bu ölkənin başqa telekanallarından istifadə etməsi reklam normalarına əsasən məbləğin ödənilməsi ilə şərtləndirilib.
MSK həmçinin bildirib ki, prezidentliyə namizədlərin hər biri Az. R. qanunları əsasında məsuliyyət daşıyırlar və bu qanunları pozduqları təqdirdə seçki rəqabətləri prosesindən kənara qoyulacaqlar. Bundan əlavə Az. R-da prezident seçkiləri üzrə qanuna əsasən namizədlər seçkilərin keçirilməsi tarixindən uzaq başı 10 gün öncə kənara çəkilə bilərlər.