Hazırda beynəlxalq prinsiplər və qanunlara əsasən İrəvan-Bakı ixtilaflarının həll edilməsi üçün yaxşı zəmin yaranıb
Azərbaycan servisi/Aran Agentliyi
Az. R-nın prezidenti Qarabağ münaqişəsinin həllinə yardım üçün Rusiyanın vasitəçiliyinə ümidvarlığını itirməyib. Frans Pressin verdiyi məlumata görə, Rusiyada səfərdə olan İlham Əliyev rus həmkarı Dmitri Medvedyevlə görüşdən sonra deyib: Hazırda beynəlxalq prinsiplər və qanunlara əsasən İrəvan-Bakı ixtilaflarının həll edilməsi üçün yaxşı zəmin yaranıb.
Əliyev əlavə edib: Əgər Az. R. ilə Ermənistan arasında münaqişə çözülərsə, regional əməkdaşlıqlar üçün yeni sahələr yaranacaqdır.
Qeyd etmək lazımdır ki, son Qafqaz hadisələrinin ardınca bir daha , Qafqazda sülhün bərqərar edilməsinin əhəmiyyəti bölgənin aparıcı ölkələrinin gündəminə gəlib. Türkiyə rəsmilərinin özlərinin Ermənistanla ixtilaflarını həll etmək üçün səylərini elə bu istiqamətdə analiz etmək olar . Başqa tərəfdən İran İR-nin XİN başçısının Qafqaz diplomatiyası da gələcək dəyişikliklər, başqa sözlə bölgədə sülh və sabitliyin yaranması üçün mühüm dəyərləndirilir.