İran prezidentinin fikrincə, NATO-nun bölgəyə müdaxiləsi problemləri daha da pisləşdirəcək
Azərbaycan servisi/Aran Agentliyi
İran İslam Respublikasının başçısı Mahmud Əhmədinejad Qafzaz ölkələrinin NATO-ya ehtiyacı olmadığını bildirib. O, qeyd edib ki, NATO-nun bölgəyə müdaxiləsi problemləri daha da artıracaq. M.Əhmədinejadın sözlərinə görə, bölgə ölkələri əl-ələ verərək öz problemlərini həll edə bilər: «Bu mövzuda NATO-nun və digərlərinin müdaxiləsinə ehtiyac yoxdur. Xarici qüvvələrin müdaxiləsinin vəziyyəti daha da pisləşdirdiyini təcrübə göstərir. NATO müdaxiləsi Qafqazdakı təzyiqi artıracaq».