Tarix : 2008 Sep 18
Kod 7364

Saakaşvili: İranın yeri regionda xüsusi əhəmiyyətə malikdir

Biz İran İslam Respublikası ilə münasibətlərimizi daha da genişləndirməyə yüksək əhəmiyyət veririk və Gürcüstan İrana minnətdardır
Gürcüstan servisi/Aran Agentliyi

Gürcüstan prezidenti deyib: Regionda İranın yeri xüsusi əhəmiyyətə malikdir. Mixail Saakaşvili çərşənbə günü Tbilisidə İranın Xarici İşlər Naziri ilə görüşdə deyib: Biz İran İslam Respublikası ilə münasibətlərimizi daha da genişləndirməyə yüksək əhəmiyyət veririk və Gürcüstan İrana minnətdardır.
Gürcüstan prezidenti regionda baş vermiş münaqişəni açıqlamaqla, bu qarşıdurmanı ziyanverici hesab etdi.
O ümidvarlıq etdi ki, İran İslam Respublikasının regional məsləhətləşmə və hərəkətləri Qafqaz regionunda stabillik və təhlükəsizliyin bərpa olunmasını hazırlaya bilər.
İranın Xarici İşlər Naziri Mənuçehr Müttəki də bu görüşdə İran İslam Respublikasının Qafqaz hadisələri barəsindəki son diplomatik hərəkətlərini bəyan etdi və dedi: Biz indiki şəraitdən çıxmaq və münasib yolları seçmək üçün regionda müxtəlif tərəflərlə regionun təhlükəsizliyinə dair faydalı məsləhətləşmələr aparmışıq.
Müttəki Rusiya, Azərbaycan Respublikası, Almaniya və Ermənistan rəsmiləri ilə məsləhətləşmələrinə işarə edərək, əlavə edib: Biz bu məsləhətləşmələrdə Qafqaz regionunun istəkləri çərçivəsində təhlükəsizlik və sabitliyin bərpa olunmasının necəliyi barəsində fikir mübadiləsi apardıq. Ümidvarıq ki, Qafqaz regionunda sülh və təhlükəsizliyin bərpa olunması üçün münasib addımlar atmış olacağıq.
İranın Xarici İşlər Naziri habelə Gürcüstan prezidenti ilə iki tərəfli əlaqələrin genişlənməsi barəsində məsləhətləşmələr aparıb.

  • Yazılıb
  • da (də) 2008 Sep 18