Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin İstanbul şəhərində yağan güclü yağış şəhərin həyatını iflic edib. Bir çox evləri su basıb. Bir nəfər həyatını itirib. Evinə axan suyun qaşısını almaq istəyən 59 yaşlı İsmayıl Eseni sel aparıb. "Gazeta.oku" saytının məlumatına görə, onun meyiti hələ də tapılmayıb.