bugünkü iclasın konkret olaraq nə ilə bağlı keçiriləcəyi barədə məlumatsızdır. O, Ə.Əhmədovun şikayət məktubundan da xəbərsiz olduğunu vurğulayıb
Azərbaycan servisi/Aran Agentliyi
Bu gün prezidentliyə namizəd,«Ümid» partiyasının rəhbəri, millət vəkili İqbal Ağazadənin namizədliyinin ləğv edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) iclas keçirəcək. İqbal Ağazadənin vaxtından əvvəl seçki təbliğatına başladığı əsas gətirilir.
Məsələ ilə bağlı «Ümid» partiyasının rəhbəri İqbal Ağazadə ANS PRESS-ə bildirib ki, MSK-nın iclası YAP-ın icraçı katibi Əli Əhmədovun şikayəti əsasında keçiriləcək. Belə ki, Ə.Əhmədov İ.Ağazadənin vaxtından əvvəl seçki təbliğatına başladığını iddia edib. «Səluhiyyətli nümayəndəmiz MSK-ya gedib. Nə olacağını bilmirik»,-deyə İ.Ağazadə qeyd edib.
MSK-nın mətbuat katibi Azər Sarıyev isə ANS PRESS-ə bildirib ki, bugünkü iclasın konkret olaraq nə ilə bağlı keçiriləcəyi barədə məlumatsızdır. O, Ə.Əhmədovun şikayət məktubundan da xəbərsiz olduğunu vurğulayıb.