Tarix : 2008 Sep 18
Kod 7374

DAĞISTANDA BESLAN FACİƏSİNİN TƏKRARLANMASININ QARŞISI ALINIB

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Dağıstanın cənubunda keçirdikləri əməliyyat nəticəsində səhra komandiri Zakir Novruzov və 9 yaraqlı öldürülüb
Rusiya servisi/Aran Agentliyi

Rusiya mətbuatının verdiyi məlumata görə, terrorçular yerli məktəblərdən birini ələ keçirmək istəyirmiş. Dəstənin gecə yarısı Smurt kəndi ətrafında olduğu müəyyənləşdirilib. Silahlı müqavimət göstərən dəstə üzvləri cavab atəşi ilə məhv ediliblər. Terrorçuların avtomobilində 7 avtomat, partlayıcı qurğular, hərbi sursat, dini ədəbiyyat və ərzaq aşkarlanıb. FTX-nin yerli idarəsindən bildiriblər ki, terrorçular Süleyman-Stal rayonundakı məktəblərin birini ələ keçirməyə hazırlaşırmış. Ancaq həyata keçirilən əməliyyat nəticəsində Beslan faciəsinin təkrarlanmasının qarşısı alınıb

  • Yazılıb
  • da (də) 2008 Sep 18