Tarix : 2008 Sep 19
Kod 7386

HAKIMIYYƏT TERRORÇU İSLAM MİFİ YARADIR

Zerkalo qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, indi dindarlara qarşı səlib yürüşünün aparıldığı haqda fikirlər yanlışdır
Azərbaycan servisi/Aran Agentliyi

 

Zerkalo qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, indi dindarlara qarşı səlib yürüşünün aparıldığı haqda fikirlər yanlışdır.

Onun sözlərinə görə, Azərbaycanda necə müstəqil iş adamlarının, müxalif fikirlilərin, başqa cür düşünən jurnalistlərin haqları tapdalanır, dindarların da eləcə. Ancaq A.Rəşidoğlunun fikrincə, hakimiyyət xüsusi olaraq həm ölkə daxilinə, həm də beynəlxalq təşkilatlara mesaj vermək istəyir ki, Azərbaycanda dini radikalizm güclənir:

«Hakimiyyət anti-demokratik addımlarına bəraət qazandırmaq üçün dindarlardan bir xoxan obrazı yaradır. Qərbi və ölkə ictimaiyyətini bu xoxanla qorxutmaq üçün».
 
Azər Rəşidoğlunun sözlərinə görə, Ozbəkistanda baş verənləri təhlil etməklə indi Azərbaycanda gedən prosesləri anlamaq çox asandır. Onun fikrincə, Azərbaycan hakimiyyəti də demokratiya və dini qurumlarla münasibətdə eyni yolu tutub:
 
«İslam Kərimov öz siyasi rəqiblərini vurmaq üçün islamçı təşkilatlardan istifadə edirdi. Azərbaycan hakimiyyəti də rəqiblərini sıradan çıxarmaq üçün terrorçu islam mifi yaradır».
 
Ancaq A.Rəşidoğlu deyir ki, odla oynamağın bir xeyri ola bilməz. Üstəlik, hansı müsəlman ölkəsində demokratiya olmur, insanlar səfalət içində yaşayırlar, radikal islama yol açılır. Azər Rəşidoğlunun sözlərinə görə, belə bir vəziyyət Qərb təşkilatlarını da burada öz siyasətlərinə yenidən baxmaq məcburiyyətində qoyur. Çünki ölkədə demokratik qüvvələrin məhvinə göz yummaq çox ağır nəticələr verməkdədir.

  • Yazılıb
  • da (də) 2008 Sep 19