Tarix : 2008 Sep 19
Kod 7389

İRANDA HAVA TƏTBİQATI SONA ÇATDI

ölkə daxilində çox sayda döyüş təyyarəsi və vertolyotun iştirak etdiyi tətbiqat, üç mərhələdə cəmi dörd gün davam edib
İİR servisi/Aran Agentliyi
İran Silahlı Qüvvətləri və İnqilab Gözətçilərinin ortaq şəkildə təşkil etdiyi hava tətbiqatı sona çatıb.

İslam-Azerinin HV-ya istinadlı xəbərinə görə,
Dövlət telekanalının xəbərinə görə, ölkə daxilində çox sayda döyüş təyyarəsi və vertolyotun iştirak etdiyi tətbiqat, üç mərhələdə cəmi dörd gün davam edib.

Zenit, radar, raket və elektronik hərb sistemləri və yeni təchizatların yoxlanıldığı tətbiqatda, düşmən hücumuna qarşı yeni texniki və taktikaların inkişaf etdirildiyi ifadə olunub.

Hava sahəsini müdafiə etmə ağırlıqlı tətbiqatın əsl məqsədinin, hava qüvvələrinin hazırlanma və müdafiə etmə tutumlarını artırmaq olduğu ifadə edilib.
  • Yazılıb
  • da (də) 2008 Sep 19