Tarix : 2008 Sep 19
Kod 7393

RUSİYA RAKET SINAQDAN KEÇİRİB

Rusiya müdafiə nazirliyinin agentliklərə verdiyi açıqlamada, ''Dimitriy Donskoy'' nüvə dənizaltısından atılan raket lazım olduğunda 6 atom bombası daşıya bilir
Rusiya servisi/Aran Agentliyi
Rusiya, 10 min km mənzilli qitələr arası nüvə raketini dənizaltından ataraq müvəffəqiyyətlə sınaqdan keçirib.

İslam-Azerinin RUS KİV-lərinə istinadlı xəbərinə görə,
Rusiya müdafiə nazirliyinin agentliklərə verdiyi açıqlamada, ''Dimitriy Donskoy'' nüvə dənizaltısından atılan raket lazım olduğunda 6 atom bombası daşıya bilir.

Açıqlamalara görə, sınaq atışında raket, Rusiya Uzaq şərq bölgəsində Kamçatka Yarımadasında təyin olunan hədəfləri vurub.

Paytaxt Moskvanın silah sənayesi ''Termal Texnologiya Təşkilatının inkişaf etdirdiyi, tam müvəffəqiyyətlə odlanılan ''Bulava'' tipi nüvə raketinin dənizaltıdan əvvəlki sınaqları isə müvəffəqiyyətli olmamışdı.

''Bulava'' nüvə raketləri, bu ilin sonuna qədər ''Borei'' sinifi ən müasir nüvə dənizaltılardan ''Yuri Dolgoruki''ye yerləşdiriləcək.
  • Yazılıb
  • da (də) 2008 Sep 19