Tarix : 2008 Sep 19
Kod 7394

METYU BRAYZA: GÜRCÜSTAN HADİSƏLƏRİNDƏN SONRA ATƏT-in MİNSK QRUPUNUN FƏALİYYƏTİN ƏVVƏLKİ QAYDADA D...

Gürcüstanda baş verən hadisələrdən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil
Azərbaycan servisi/Aran Agentliyi

Sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Bununla belə, M. Brayza Minsk Qrupunun fəaliyyətinin davam etməsini zərurəti sayır: "Əgər Rusiya Saakaşvili və Fransa prezidenti Nikola Sarkozi qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, ümidvaram ki, biz Minsk Qrupu çərçivəsində fəaliyyəti davam etdirə bilərik".

M. Brayza qeyd edib ki, avqust ayında Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozub və birbaşa Gürcüstana müdaxilə edib: "Bu da onu göstərir ki, Minsk Qrupu əvvəllər necə fəaliyyət göstərirdisə, bu cür davam edə bilməz. Amma mən düşünürəm ki, biz Minsk Qrupunun fəaliyyətinin bərpasına qayıtmaq yolundayıq. Rusiya da görür ki, onun atdığı addımlar beynəlxalq imicinə ziyan vurub".

"Hər dəfə Azərbaycana gələndə ölkə hökumətinin nümayəndələri mənə ABŞ-ın Qarabağ münaqişəsinin həllinə daha yüksək səviyyədə müdaxilə etməsini istədiklərini bildirirlər" deyən M. Brayza ümid etdiyini bildirib ki, gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Dağlıq Qarabağla bağlı danışıqların daha aktiv davam etməsi mümkün olacaq.

  • Yazılıb
  • da (də) 2008 Sep 19