Tarix : 2008 Sep 19
Kod 7395

Orta Asiya və Qafqazda Amerikanın strategiyası:İran İslam Respublikasının üzləşdiyi zidiyyətlər

.
İİR servisi/Aran Agentliyi
Yazıçı:Rza Cüneydi
Tehran Universitetində "Geopolitik" ixtisası üzrə magistr
Xülasə:
2001-ci ildə Amerikada baş vermiş 11 sentyabr hadisəsi səbəb oldu ki, Amerika, beynəlxalq mühitin təhlükəsizliyi qorumaq üçün yeni layihələr hazırlasın və bu ölkənin xarici siyasətində və təhlükəsizlik siyasətində geniş şəkildə dəyişikliklər etsin.Əfqanıstanda terroristə qarşı müharibə səbəb oldu ki, bu ölkənin hərbi qüvvələri Orta Asiya və Qafqaza gəlsin. Moskva keçmiş zamanlarda olduğu kimi bu əraziləri öz zonası hesablayır. Yaranmış yeni vəziyyət məntəqədəki ölkələrin etirazına səbəb olub.hər halda Amerikanın uzun müddətli hərbi hüzuru məntəqənin geopolitikasını və geostrategiyasını və hətta 1990-cı ildən bəri bölgənin energetikasının  daşıma yerlərini və energetikaya nəzarət etmə planlarını dəyişdirə bilər və məntəqədəki böyük ölkələrin, o cümlədən Rusiya, İran, Türkiyə və Çinin iştirakına səbəb ola bilər.belə nəzərə gəlir ki, 11 sentyabr hadisəsindən sonra Amerikanın yürütdüyü siyasətin nəticəsində, "İransız hər bir şey", İran İslam Respublikası daha çox ziyan görüb.beləliklə, lazım görünür ki, İran, Amerikanın məntəqədə olan geopolitika mənafeləri bilsin və Amerikanın hüzurundan ortaya çıxmış ziddiyyətləri və təhdidləri tanısın və bu ziddiyyətləri azaltmalı və hətta onları bir fürsətə çevirməlidir.
§ Giriş
Şübhəsiz ABŞ-ın Qafqaz və Orta Asiyadakı mənafeyi 11 sentyabr hadisəsinə bağlıdır.bununla belə, 11 sentyabr hadisəsindən öncə ABŞ-ın Qafqaza və Orta Asiyaya marağı olmaması yalnış bir fikirdir.Amerika birinci ölkələrin sırasındaydı ki, 1991-ci ildə Qafqaz və Orta Asiyadakı ölkələrin istiqlaliyyətini rəsmiyyətə tanıdı.ABŞ, bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq edir.belə ki, Qazaxıstanda, Türkmənistanda və Azərbaycanda coxlu miqdar kapital qoyub.etiraf etməliyik ki, bu ərazilər, uzaq olduğu üçün, nəqliyyat sisteminin zəif olması və ictimai hərc-mərclik və sa. səbəb olmuşdur ki, 11 sentyabr hadisəsindən öncə Amerikanın xarici siyasətində bu ölkələrin o qədər də əhəmiyyəti yox idi.Amerikanın terroristə qarşı mübarizəsi və Əfqanistanda hərbi əməliyyatı səbəb oldu ki, bu ölkələrin əhəmiyyəti Buşun dövlətinə çoxalsın.
2001-ci ildə Amerikada baş vermiş 11 sentyabr hadisəsi səbəb oldu ki, Amerika, beynəlxalq mühitin təhlükəsizliyi qorumaq üçün yeni layihələr hazırlasın və bu ölkənin xarici siyasətində və təhlükəsizlik siyasətində geniş şəkildə dəyişikliklər etsin.Əfqanıstanda terroristə qarşı müharibə səbəb oldu ki, bu ölkənin hərbi qüvvələri Orta Asiya və Qafqaza gəlsin. Moskva keçmiş zamanlarda olduğu kimi bu əraziləri öz zonası hesablayır. Yaranmış yeni vəziyyət məntəqədəki ölkələrin etirazına səbəb olub.hər halda Amerikanın uzun müddətli hərbi hüzuru məntəqənin geopolitikasını və geostrategiyasını və hətta 1990-cı ildən bəri bölgənin energetikasının daşıma yerlərini və energetikaya nəzarət etmə planlarını dəyişdirə bilər və məntəqədəki böyük ölkələrin, o cümlədən Rusiya, İran, Türkiyə və Çinin iştirakına səbəb ola bilər.belə nəzərə gəlir ki, 11 sentyabr hadisəsindən sonra Amerikanın yürütdüyü siyasətin nəticəsində, "İransız hər bir şey", İran İslam Respublikası daha çox ziyan görüb.beləliklə, lazım görünür ki, İran, Amerikanın məntəqədə olan geopolitika mənafeləri bilsin və Amerikanın hüzurundan ortaya çıxmış ziddiyyətləri və təhdidləri tanısın və bu ziddiyyətləri azaltmalı və hətta onları bir fürsətə çevirməlidir.
§ Orta Asiya və Qafqazda Amerikanın geopolitika əlaqələri:
güclü bir dövlətin yoxluğu Sovet hakimiyyəti dağıldıqdan sonra və Qafqaz və Orta Asiyadan Sovet və Rusların geri çəkilməsi ilə bu ərazilərdə hiss olundu və bu ərazilər yaxın və uzaq dövlətlərin rəqabət meydanına çevrildi. Bu rəqabət "Yeni Böyük Oyun"adı ilə məşhur oldu.əslində bu rəqabət, 19-cu əsrdə İngiltərə və Rusiya arasında olan rəqabətə daha çox bənəzəyir.ancaq indi bu rəqabət iki dövlət arasında deyil, bəlkə yeni oyunçular, o cümlədən ölkələr, beynəlxalq təşkilatlar, qeyri-dövləti qruplar(terroristi təşkilatlar, radikal qruplaşmalar)iştirak edir.əlbəttə bu rəqabət əməkdaşlıq üçün deyil, bəlkə energetika, ölkə və tranzit məsələlər üzrə savaşın olduğunu şiddətləndirir.bu oyunda rəqiblərin bir-birinə yaxınlaşması müharibəyə səbəb olcaqdır.beləliklə, Sovet birliyi dağıldıqdan sonra bölgənin geopolitikası daha dolaşıq vəziyyətdə düşüb və daxili təhdidlər artıb.(Ferrari, 2003, səh10)
Məntəqədən kənar ölkələrin içərisində Amerika mühüm oyunçulardan biridir, geostrategiya və iqtisadi maraqların dalıncadır və birləşik strategiyaya əməl etməklə məntəqənin prosesinə nəzarət edir.bu strategiya bunlara aiddir:
1.    Hind və Rusiyanın strategiya əlaqələrinə qarşı olması:
Hind və Rusiyanın əlaqələri Sovet dövrünə qayıdır.bu əlaqələr Amerika ilə müttəfiq olan dövlətlərə, o cümlədən Pakistana öz təsirini göstərmişdir.1990-cı ildən sonra Hind və Rusiya arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur.amma Əfqanistanın indiki şəraiti və Amerikanın Əfqanistanda və Orta Asiyadakı siyasəti, bu əlaqələrin davamına zidddir.beləliklə, Qırğızıstanda və Əfqanistanda Amerikanın hüzuru Rusiya və Hind arasındakı əlaqələrin azalmasına səbəb ola bilər.(Şirazi və Məcidi, 1383, səh 297)
2.    Çinin layihələrinə qarşı olması:
Beynəlxalq sahədə Amerikanın böyük rəqibi Çindir.Qırğızıstan Çinin qonşusudur və Amerika bu ölkənin coğrafi möqeyinə görə, Çinin siyasi və hərbi əməliyyatına nəzarət etmək üçün Qırğızıstandan istifadə edir.necə ki, Amerika Mazəndəran dənizində enerjinin daşınmasında Çinlə rəqabət edə bilər.
3.    Bir rəqib ölkə olaraq Rusiyanın güclənməsinə qarşı olması:
Amerikanın başqa məqsədi Sovet respublikalarından Rusiyanı ayırmaq, bu respublikalardan Moskvanın təsirini azaltmaqdır.bu siyasət Amerikanın maddı yardımları nəticəsində yürüdülür.bununla belə xatırlatmalıyam ki, Amerikanın bu siyasəti Soyuq müharibə dövründəki siyasətə uyğun gəlmir.Amerika və Rusiyanın siyasəti strategiya əlaqələrin əsasındadır.başqa sözlə desək ABŞ siyasi təsiri genişləndirmək üçün, neft və qaz yataqlarından faydalanmaq üçün, bütün dünyanı Amerikanın dəyərləri əsasında bərpa etmək üçün və Xəzər dənizində iştirak etmək üçün gərək öz siyasətinə uyğun olaraq Rusiyada demokratiyanı bərpa edə və bu ölkə ilə strategiya əlaqələrini genişləndirə.(Şirazi və Məcidi, 1383, səh 297)
4.    Mazəndəran dənizinin statusuna aid hazırladığı layihəyə əsasən, Rusiya və İranın arasında stratej əlaqənin kəsilməsi və Rusiyanı Cənubdan uzaqlaşdırmaq və Şimal tərəfindən İranı tam şəkildə işğal etmək.(Əfşordi, 1381, səh 284)
5.    Mazəndəran dənizində qaz və neft ehtiyatlarına nəzarət etmək və bu sahədə hər hansı bir rəqibin ortaya çıxmasına qarşı olması (Əfşordi, 1381, səh 284)
6.    İqtisadi(kapital) və texniki sahədə məhəlli potensiallardan faydalanmaq, xüsusi ilə enerji sahəsində
7.    Vasitəçi olaraq məntəqədəki böhranlardan faydalanmaq, o cümlədən Uyğur, Fərğanə dərəsi və Qarabağ münaqişəsi
8.    2001-ci ilin 11 sentyabr hadisəsindən sonra"Terroristlə Mübarizə" layihəsindən faydalanaraq, məntəqə və məntəqədən kənar ölkələrə eyni mövqeyi təqdim etmək, Orta Asiya və Qafqazda hərbi ordunun hüzuru
9.    Amerikanın bilavasitə hüzuru ilə məntəqənin iqtisadi, mədəni, hərbi təşkilatların formalaşması (Hafizniya, 1383, səh 377, 378).
10.İsraildən himayə etməsi, qeyri-Ərəb müsəlman ölkələrdə İsrailin hərbi manevrinə şərait yaratması.
11.İran, Çin və Rusiya əleyhinə Amerikanın müttəfiqləri arasında(Türkiyə, İsrail)iqtisadi-siyasi əlaqələrin genişlənməsi (Meşkini Nəsiri, 1379, səh 91).
12.zahirdə Qafqaz və Orta Asiyadakı dövlətləri demokratik hakimiyyətlərlə əvəz etməsi, əlbəttə Qərəbə tabe olması.
Orta Asiyada Amerikanın əsas problemlərdən biri, buradakı dövlətlərdir.bu dövlət başçıları sovet birliyində formalaşdıqları üçün tam şəkildə Amerikanın etimadını qazana bilməyiblər.ancaq Amerika bu ölkələrin hakimiyyətinə zahiri demokratik, qərbsevər və uyğun bir alternativ axtarmaqdadır.(Rumer, 1383, səh 180 xülasəsi). bu məqsdlə Gürcüstan və Qırğızıstanda inqilab oldu.
§ Orta Asiyada Amerikaya olan fürsətlər:
A.    Geopolitik fürsətlər:
1.    bilavasitə rəqiblərin və düşmənlərin ərazisinə daxil olmaq və onlara siyasi təzyiq göstərmək, o cümlədən İran, Əfqanistan, Rusiya, Çin və İraq
2.    Xəzər və Fars körfəzindəki enertigaya və dünya siyasətinə nəzarət etmək, rəqib ölkələri sıradan çıxartmaq və enerji ehtiyaclarını təmin etmək üçün Amerikaya möhtac olmaq və hegemonluq etmək.
B.Geostrategiya fürsətlər:
Məntəqənin coğrafi sahəsindən istifadə edərək geniş miqyasda hərbi əməliyyatın yerini və istiqamətini təyin etməklə Qafqaz, Xəzər və Orta Asiyanın vasitəsi ilə öz rəqiblərinə, o cümlədən Rusiya, Çin, Hind və İrana hücum etmək.bu məsələ  Rusiya, Çin, Hind və İranın strategiyasını zəiflədər.xatırlatmalıyam ki, bu ölkələr dünyada vahid bir güclü dövlətin olmasına qarşıdılar.
§ Qafqaz və Orta Asiyada Amerikanın fəaliyyəti:
Amerikanın fəaliyyəti 11 sentyabr hadisəsindən öncə və sonrakı dövrə aiddir.bu fəaliyyət iqtisadi, siyasi, mədəni və hərbi istiqamətdədir.
A.    2001-ci ilin 11 sentyabr hadisəsindən öncə:
Bu dövürdə Amerikanın məqsədi iqtisadi və siyasi yollarla məntəqəyə nüfuz etmək idi.
1)    Orta Asiyaya və Qafqaza məntəqədəki ölkələrin hüzuruna(Çin, İran və Rusiya) mane olması:
-          yüksək sərmayəyə və texnologiyaya sahib olduğuna görə və əski dostların vasitəsi ilə(Azərbaycan və Türkiyə)Beynəlxalq bazarlara daşınan enerjiyə nəzarət etməsi(Vəhidi, 1381, səh 91, xülasə)və bu haqda İran və Rusiyanı rədd etməsi.
-          İran, Çin və Rusiyaya qarşı Amerika ilə müttəfiq olan ölkələr(İsrail və Türkiyə)iqtisadi-siyasi əlaqələrin inkişaf etməsi(Meşkini Nəsri, 1379, səh 91)
-          Bu ölkələrdə İranın mədəni fəaliyyətinə maneçilik törətməsi və bu ölkələrdə İran kimi İslami inqilabın olmasına qarşı çıxması: Niyazov bu haqda İranın yüksək vəzifəli şəxslərinə demişdir:-Sovet birliyi dağıldıqdan sonra Amerika bu ərazilərin geopolitik mövqelərindən öncə İranın mədəni fəaliyyətinin qarşısını almaq üçün layihələr hazırlayır.(Şeyx Əttar, 1373, səh 71)
-          Məntəqədəki dövlətlərdən himayə etməklə, demokratiya, iqtisad, azad ticarət, insan hüququna riayət etmək adıyla öz dəyərlərini yaymaq. Amerikanın siyasəti Türkmənistanda demokratiya və insan hüququnu qorumaq üçün Amerikanın ikilik siyasətinə aydın bir nümunə ola bilər.belə ki, Türkmənistanda insan hüququ beynəlxalq səviydən çox uzaqdır. Amerika bu məsələyə fikir vermədən yalnız öz iqtisadi məqsədlərini burada yürüdür.misal üçün 2004-cü ilin yay aylarında Niyazov, Amerikanın hərbi qüvvələrilə müzakirə etdiyi zaman bu razılığı əldə etdilər ki, Amerika Türkmənistan əsgərlərinə sərhədçilik qanunlarını öyrədsin, ancaq Amerika insan hüququndan heç bir söhbət etmədi.
-          Məntəqədə qərbə zidd olan İslamın inkişafına maneçilik törətməsi(Şirazi, 1379, səh 47)
-          Məntəqədə İran, Çin və Rusiyanın iki tərəfli və ya çox tərfli əməkdaşlığına maneçilik etməyə can atması və həmçinin Xəzəryanı üç ölkənin iki tərəfli əməkdaşlığına mane olması.
2)   Məntəqədə öz hüzurunu genişləndirmək və sabitləşdirmək:
- texniki və iqtisadi baxımdan Xəzərin neft və qazına müdaxilə etməsi
- vasitəçi rolu oynayaraq məntəqədəki böhranlara müdaxilə etməsi
-məntəqədə iki tərəfli ələqələrin möhkəmləndirilməsi və yüksək vəzifəli şəxslərin iki tərəfli səfərləri
-məntəqədəki ölkələrlə təhlükəsizlik və siyasi əməkdaşlığı inkişaf etdirmək.o cümlədən, Amerikanın hərbi bazası Türkiyənin İncirliyindən Azərbaycanın Abşeron yarımadasına köçürülməsi.Özbəkistan, Qazaxıstan və Qırğızıstanla ortaq hərbi manevrin keçirilməsi. 1999-cu ildə Özbəkistanla müdafiə və təhlükəsizlik sazişin imzalanması. Şərqə və Qafqaza NATO-nun yayılması.Azərbaycan, Gürcüstan və ... ilə müdafiə və təhlükəsizlik əməkdaşlıq.
B.    2001-ci ilin 11 sentyabr hadisəsindən sonra:
Bu hadisə səbəb oldu ki, Amerikanın daxilində təhlükəsizlik dəyişikliklər baş versin.mənbəyə, məkana və təhdidə olan ənənəvi baxışlar dəyişildi.bir növ təhdidlər ortaya çıxdı ki, məkanı və istiqaməti məlum deyildi və qabaqcıl silahlar faydasız oldular(Hafizniya, 1383, səh 380)
Terroristi hücumlar səbəb oldu ki, Amerikanın strategiyasında dəyişikliklər yaransın və əminaman ölkəni aydın şəkildə təhdidlərlə üzləşdirdi.radikal terroristi təşkilatların təhdidi ölkələrin təhdidindən fərqlidir.
Beləliklə, terrorist qruplardan himayə edən Əfqanistan, xüsusilə İbn Ladəndən himayə etməsi səbəb olub ki, Amerika terroristlə mübarizədə Orta Asiyaya daha çox əhəmiyyət versin. Bu yolda bir sıra ölkələr insanpərvərlik üçün bir sırası isə, heç bir şəraiti nəzərə almadan  hava yollarını Amerikanın ixtiyarında qoydular.hərçənd ki, Amerika burada daimi qalmayacağını və bu ölkələrə heç bir təhlükəsizlik zəmanəti vermədiyini iddia edir,amma Özbəkistanla belə bir saziş imzalayıb ki, hər hansı bir xarici hücumun qarşısında bu ölkəyə diqqət yetirsin və maddı yardımların olacağını da vəd edib. Qafqazın üç ölkəsi 11 sentyabr hadisəsindən sonra Amerikanın Əfqanistanda yürütdüyü hərbi əməliyyatına əməkdaşlıq təklifini verdilər.Amerikanın, bu dövlətin müttəfiqlərinin və qərbi Avropanın təyyarələri, cənubi Qafqazın hava yolundan istifadə edərək köçürüldülər.beləliklə, terroristlə mübarizədə onların əməkdaşlığı mühüm yer aldı.(Qafqaz böhranı amma mühüm, səh 1)
ABŞ bu yolda Rusiyadan da çoxlu yardımlar alıb.belə ki, bu iki ölkə terroristlə mübarizə də bir-birləri ilə informasıyalar mübadilə edərək uzun müddətli əməkdaşlığın olmasına söz veriblər.hər çənd ki, Rus siyasətçiləri bu ölkənin daxili işlərində Amerikanın müdaxilə etməsindən nigarandılar.ancaq Viladimir Putin, təkid edib ki, Rusiya Amerikanın işlərinə qarşı deyil.hər halda bu əlaqənin uzun müddətli olmasına, iki ölkənin ortaq qazancından asılıdır.
Orta Asiya və Cənubi Qafqaz dövlətlərinə, bu məsələlərin əhəmiyyətli olmasına dair bir çox ehtimal var.Amerikanın Orta Asiya və Cənubi Qafqazdakı fəal rolu Rusiya ilə olan əməkdaşlığına xələl gətirəcəkdir.hər halda Amerika ortaq məqsədlərinə çatmaq üçün lazımdır ki, Rusiya ilə əməkdaşlıq etsin.beləliklə, Ameikanın məntəqədə olması və sərhədlərdə iştirak etməsi bu anlama gəlir ki, Amerika və Rusiyanın əməkdaşlığı nə qədər çox olsa, ABŞ-ın bölgədə hüzuru da gündən-günə çoxalacaqdır.(Alikrosayna, 1383, səh 315).
Aydındır ki, bu hadisədə iki məsələyə diqqət yetirməliyik.1)11 senyabr hadisəsindən sonra ABŞ iqtisadi, siyasi və təhlükəsizlik sahələrdən istifadə edərək Qafqaz və Orta Asiyanın geostrategiyasından faydalanmaq istəyir.2)geostrategiyanın tələbatı Amerikanın rolunu dəyişdirdi.bu haqda Amerika bu işləri gördü:
-          Orta Asiya və Qafqazdakı Amerikanın hərbi ezamiyyətini Pasifik komandirlığından mərkəzi komandirlığa verilməsi
-          Məntəqədəki ölkələrlə hərbi, təhlükəsizlik və iqtisadı sazişlərin imzalanması və iqtisadi, texniki yardımların çoxaıması.
-          Əfqanistan əməliyyatında Amerika hərbi ordusunu Qırğızıstan, Özbəkistan, Tacikistan və Qazaxıstan yerləşdirmək üçün qısa müddətli bir saziş imzaladı. Bu sazişə əsasən Amerikanın əsgərləri Özbəkistanın Xanabad bazasında, Tacikistanın Kulab bazasında və Qırğızıstanın Manas hava bazasında yerləşdilər və Özbəkistanın sərhəd şəhəri Tormoz bu əməliyyatda istifadə edilidi.
-          bütün Orta Asiya və Qafqazın hava yolları Əfqanistan əməliyyatında istifadə edildi.hətta, Türkmənistan, beynəlxalq səviyədə bitərəflik siyasəti yürütməsinə baxmayaraq, Əfqanistan əməliyyatında humanist yardımların adı altında öz hava yolunu Amerikanın ixtiyarında qoydu.
-          Orta Asiyada və Qafqazda hərbi bazaların çoxunu tanımaq üçün, o cümlədən Çirçik hava bazası, Karşı, Özbəkistanda Xanabad, Qazaxıstanda zəhərli Palatinsk bazası, Taciksitanda Gorkan təpə Kulab və Xocənd, Qırğızıstanda Manas bazasını genişləndirmək. bu əməliyyatda Orta Asiya və Qafqazdakı ölkələr Amerika ilə yüksək səviyədə əməkdaşlıq etməyə söz verdilər.Amerika isə qarşılığında maddı yardım etdi.maddı yardımdan əlavə terroristlə(məzhəbi) mübarizə etmək üçün, Orta Asiya və Qafqaz dövlətlərini rəsmiyyətə tanıması üçün onlara yardım etdi.
-          Amerikanın xarici işlər nazirliyinin məsləhətçisinin müzakirəsi nəticəsində Gürcüstan, Ukrayn, Maldoviya, Azərbaycan və Özbəkistanla Təhlükəsizlik və iqtisadiyyatın inkişafı sahəsində əməkdaşlıq sahəsi imzalandı.
-          Amerikaya yardım edən ölkələrə mükafat verilməsi.nümunə üçün Tacikistandan himayə edərək "Beynəlxalq Ticarət"təşkilatına birləşmək üçün, vergi və gömrük sahədə kadrların hazırlanması üçün bu ölkə ilə sazişin imzalanması.belə nəzərə gəlir ki, Amerika yeni mərhələdə Tacikistana olan diqqəti çoxalıb.maddı və texniki yardımlardan başqa İngiltəryə və Fransaya Tacikistanla əməkdaşlıq etmə imkanlarını  yaradır. Fransanın Tacikistanda bir neçə əsgəri var və İngiltərə Tacikistana saysız-hesabsız miqdarda silahlar satır. Amerika və qərbin Tacikistana olan xüsusi diqqəti Amerika və Rusiya arasında olan rəqabətdən irəli gəlir.çünki, Orta Asiyada yalnız Tacikistanın cənub sərhədi Rusların nəzarəti altındadır və bu ölkənin mütəfiqi sayılır.Rusların Tacikistanda hərbi bazası və 18 min nəfər əsgəri var.beləliklə, Rusiya, Tacikistanla Amerikanın və bu ölkənin mütəfiqləri olan İngiltərə və Fransanın əməkdaşlığına razı deyil.Rusiya və Tacikistanın əlaqələri gərginləşib.birinci dəfə olaraq 10 ildən sonra Tacikistanın prezidenti Rəhmanov, Rusları tənqid etdi ki, Tacikləri əziyyət edir və Rusiyanın qəzetləri Tacikistanı, Çeçen döyüşçülərinə raket əleyhinə müdafiə sistemini göndərməsində, Tacikistanda narkotiyin istihsal olunmasında, məntəqədə Amerikayanın nüfuzuna və cənub sərhədini Amerkanın ixtiyarına verməsinə görə məhkum etdilər.
-          Amerika, məntəqədəki ölkələrin ruslaşmış hərbi strukturnu öz sisteminə(strukturuna)uyğunlaşdırır, o cümlədən Gürcüstan ordusuna təlimatin verilməsi, Azərbaycanın dəniz qvardiyası təchiz edilməsi, Qazaxıstanın dəniz qvardiyasının təşkili və sa.
-          Rusiya rəqib dövlət kimi əməkdaşlığa dəvət edilməsi, terroristə qarşı Rusiyanın təzadlı mənafeləri. Putin Amerika ilə əməkdaşlığını belə bəyan edib:
1)Amerika ilə informasiya əməkdaşlıq
2)humanisti yardımlarda Rusiyanın hava yollarından istifadə etmək
3)Orta Asiya və Qafqaz əməkdaşlığında oxşar uçuşlarda öz müttəfiqləri üçün hava yolların açıq olması.
4) beynəlxalq axtarış və qurtarış əməliyyatda iştirak etməsi
5)Əfqanistanın şimal qüvvələrinə birbaşa hərbi və humanisti yardımlar.
Çinlilər Uyğur separatistlərlə üzləşdikləri üçün Amerika bu ölkəni də əməkdaşlığa cəlb etdi və Çin sərhədinə yaxın Qırğızıstanın geostrategiya imkanlarından, o cümlədən Manas bazasından istifadə etdi. Amerika bu bazanı təchiz etməkdədir və daşıma təyyarələr(si-17) yanacaqdoldurmaq üçün, yanacaqçatdıran təyyarələr(K, si-135), qırıcı təyyarələr(f 18) bu bazadan istifadə edə bilsin.buna baxmayaraq ki, bu ölkələr Amerika ilə ziddiyyətli mənafeləri var, ancaq məzhəbi terroristə qarşı ortaq baxışları var.Ruslar, bu növ təhdiddən Çeçenistanda və Çinlilər isə bu ölkənin qərbindən(Uyğuristan)nigarandılar və qeyd olunmuş məntəqələr Rusiya və Çin üçün strateji əhəmiyyətə malikdir(Hafizniyz, 1383, səh 384).
§ Orta Asiya və Qafqazda Amerikanın hüzuruna olan problemlər və maneələr:
 əlbəttə, bu məsələyə diqqət yetirməliyik ki, Amerika Orta Asiya və Qafqazda uzun müddətli hüzurunda çoxlu problemlərlə rastlaşacaqdır.Amerikanın uzun müddətli hüzurunda üzləşdiyi bir sıra amilər bunlardır:
1.    Sovet dövründən qalmış mədəni, iqtisadi və siyasi strukturlar
2.    Rusiyanın məntəqədə hərbi hüzuru və iqtisadi, hərbi sahədə bu ölkəyə bağlılıq.
3.    Bu bölkədəki ölkələrin Amerika və qərblə olan mədəni fərqlər, Çin və Rusiyanın nigarançılığı və bu iki ölkənin ikitərəfli əməkdaşlığı və "Şanxay Əməkdaşlıq"təşkilatı.
Çin çalışır ki, qərb sərhədlərindən istər Uyğurlar, istərsə də xarici qüvvələr öz mənafelərinə uyğun faydalanmasınlar.Çinə görə Orta Asiyada Amerikanın nüfuzu az olmalıdır və bu yolda Rusiya onunla əməkdaşlıq və dostluq edir, bu əlaqələrin inkişafını "Şanxay"əməkdaşlığında görmək olar.bu istiqamətdə "Şanxay"əməkdaşlıq iclasında verilən bəyannaməni"21-ci əsrin beynəlxalq göstərişlər" nümunə gətirmək olar.belə nəzərə gəlir ki, Çin və Rusiya Amerikanın nüfuzunu azaltmağa çalışırlar.bu sahədə Özbəkistan, Əndicanda baş vermiş iğtişaşdan sonra "Xanabad"bazasından Amerika ordusunun çıxmasını tələb etdi."Xanabad"bazası Əfqanistan sərhədinə yaxındır.burada 1000 nəfərə yaxın Amerika əsgəri var.Əfqanistan əməliyyatinda olan Amerikanın qırıcı təyyarələri (52 B)yanacaqdoldurmaq üçün bu bazadan istifadə edirdilər.bir müddət istirahətdən sonra Hind okeanına geri qayıdırdılar.Amerika və Özbəkistan arasında əlaqələr daha geniş idi və əksər hallarda əlaqələr qapalı idi.Özbəkistan birinci ölkə idi ki, Amerikaya hərbi sahədə yardım etdi və bu ölkənin "Xanabad"bazasından çıxarılması səbəb oldu ki, Amerika bu bölgədə mövqeyini qorumaq üçün yeni tədbirlər görsün(Şücai, Həmşəhri Diplomatik, 1384 aban 14).
Hər halda Rusiya və Çinin Ortaq hərbi manevrləri, indi də davam edir, Amerikanın birtərəfli dünya hakimiyyətçilik iddiasını məhdudlaşdırır.bu manevrlər hər iki ölkənin şimal-şərq qonşu ölkələrinə bir mesajdir."İnterneşnal Heraldtribun"adlı qəzetin yazdığına görə Orta Asiyada Amerikanın hərbi hüzuru 11sentyabr hücumunun nəticəsindədir.bir müddət Çin və Rusiya bu hüzura dözdülər, necə ki, bu iki ölkə Talibanın dağılmasını və ifratçı qrupların fəaliyyətini dayandırmaq istəyirdilər.hətta, əgər Amerika ordusunu Orta Asiyadan çıxartsa, Amerikanın Əfqanistanda daimi hüzuru çoxlu problemlər yaradacaqdır.necə ki, Rusiya hər zaman cənub sərhədlərinə diqqətcil olub və Çin də daima qərb ərazisindən nigarandır.bu arada Amerikaya önəmli olan budur ki, məntəqədə Amerikanın uzun müddətli mənafeyi var və bu hüzuru izah edə biləcək ya yox? əlbəttə ki, Amerika Orta Asiyada və digər respublikalarda neft və sa.mənafeyi var.həmçinin İrana yaxın ərazidə dəniz və quru sahədə Amerikanın hüzuru Ağ evin mənafeyini də təmin edir.ancaq maddı sıxıntlar səbəb olub ki, Amerikanın gücü məhdudlaşsın.Rusiya bütün Orta Asiyanın respublikalarında və Çin qonşu olan Orta Asiya ölkələrində, daimi mənafeləri var.Çin çalışır ki, Özbəkistan və Qırğızlarla dostluq əlaqəsi yaratsın və Qazaxların neft və qazından istifadə etsin.amma bu arada su problemi və tayfa ixtilafları var.başqa bir tərəfdən Rusiya, Çinə nə qədər hərbi silah satacağı məlum deyil?hər halda bu manevrdə Rusiyanın qabaqcıl qırıcı təyyarələrin iştirak etməsi Amerikaya və onun müttəfiqlərinə göstərdi ki, Rusiya hələ də güclü hərbi qüvvədir(Keyhan qəzetinin saytından, cümə axşamı 1384 mehrin 14).
əslində Amerika öz məqsədinə çatmaq üçün Rusiya ilə əməkdaşlıq etməlidir.necə ki, Rusiya məntəqənin səbatını qoruya bilər.çünki, bir tərəfdən məntəqədə Amerikanın uzun müddətli hüzuru üçün Rusiya ilə əməkdaşlıq etməlidir, bir tərəfdən isə Rusiyanın şərqdən qərbə marağı və onları qərb strukturunda birləşdirməsi Rusiya ilə Çin və Hindin birləşməsinə mane olması və məntəqədən dünyaya enerjinin daşınma yollarını təhlükəsizliyini qoruyur. Amerikanın bəzi siyasətçiləri Moskva ilə Pekinin birləşməsinə mane olmaq üçün bu layihəni təqdim etdirlər:-Rusiyada demokratiyanın yayılması və NATO-ya üzv olmasıdır.ancaq bir sıra siyasətçilər, o cümlədən Kesincer, Rusiyanın NATO-ya birləşməsinə qarşıdır.Kesincer iddia edir ki, NATO-nun dəyəri sürətlə zəiflədər.hətta, Çinin strategiyasını zəiflədəcək və mövzu təhlükəlidir.nəticədə bu məsələ ortaya çıxır ki, yaxşı olar ki,  Amerika məntəqəni tərk etsin və icazə versin ki, Rusiya və Çin öz nüfuzlarını yaymaq üçün rəqabət etsinlər?
§ İranın qarşısında Amerikanın davranışı:
                     I.        Mərhələlər
Amerikanın davranışını 4 mərhələyə 1991-1993, 1993-1996, 1997-2001-ci illər və ondan sonrakı illərə bölmək olar:
Birinci Mərhələ:
1991-dən 1993-cü illərə kimi Amerikanın İrana qarşı hərəkatlar:
1.    İranı, ifratçı İslamin yayılmasında tanıtdırması, 1992-ci ildə Orta Asiya və Qafqaza "Cimz Biker"Amerikanın xarici işlər nazirliyinin səfərində, bu ölkələrin İranla əməkdaşlıq etməsinə mane olduqlarını bəyan etdi
2.    Belə bir təbliğat aparırlar ki, İran Sovetin dağılmasından nəhayət istifadəni etmək istəyir və atom bombasına əl tapmaq istəyir(Dehqan Təzərcanı, 1378, səh 70)
3.    Qarabağ böhranının həlində İranın qəsdən maneçilik törətməsi
İkinci Mərhələ:
1993-cü ildən 1996-cı ilə kimi İranın əleyhinə hərəkatlar daha güclənir və Amerika Xəzər dənizinin yeraltlı sərvətlərinə diqqətini çoxaldır.Ekonun gücləndirilməsinə çalışır və bu təşkilatda İranı zəiflətmək və Rusiya ilə əlaqələrin çoxalmasına səbəb olur.
A."Bil Kilintonun"xarici siyasətində ikitərəfli siyasətin qarşısını almaq.
B.1996-cı ildə İranın əleyhinə "Damato"adlı embarqonun təsdiqlənməsi:qeyd etdiyimiz kimi bu qanuna əsasən Amerikadan heç bir kampaniya İranda kapital qoya bilməz.qeyri-Amerikalı kampaniyalar 20 milyon dolardan çox İranın neft və qazında kapital qoya bilməzlər, kapital qoyduğu halda cəzalandırılacaqlar.(Heydəri, 1382, səh 46).
C.Rusiyaya təzyiq göstərərək, ikitərəfli əməkdaşlığı, xüsusilə atom enerjisi üzrə əməkdaşlığı azaltmağa çalışır.bu təzyiqlər o qədər davam etdi ki, 1995-ci ildə Ruslar İrana silah satışı haqda olan müqaviləni təzələmədilər.
Üçüncü Mərhələ:
Bu mərhələdə(1996-2001)İranın neft və qazının fəal olmasına qarşı çıxdı.belə ki, İranın neft və qaz tranzitindən və boruların İrandan keçməsinə mane oldu.
Dördüncü Mərhələ:
2001-ci ildən sonra məntəqədəki dövlətlərin dağılması uğrunda çalışmalar, hərbi qüvvələrinin hüzuru, Narıncı inqilablar və ölkələrin daxili işlərində müdaxilə etməklə İranın milli təhlükəsizliyini və mənafeyini təhdid etdi. Məntəqədə hərbi hüzurunu izah etmək üçün bunlara əsaslanır:Terroristlə mübarizə, silahların dağıdılması, demokratiyanın inkişafı, mövcud mədəni dəyərlərin dəyişdirilməsi, terroristə səbəb olur.
Yekunda belə nəticəyə gəlmək olar ki, Orta Asiyada və Qafqazda Amerikanın uzun müddətli hüzurunu belə adlandırmaq olar:"hər bir şey İransız"(Səccadpur, 1374, səh 97)
                  II.        İran İslam Respublikasının gələcəkdəki problemləri və məhdudiyyətləri:
a)    Xəzər dənizinin hüquqi statusu:
Bir tərəfdən yeni istiqlaliyyətini almış ölkələr Qərb, xüsusilə Amerikanın texnikasına və puluna daha çox ehtiyacları var(Qubadzadə, 1383, səh 25), digər tərəfdən isə Rusiya və İslami ölkələr bu respublikalara maddı yardım etmədilər.
Bu vəziyyət Türkmənistanı daha rəğbətləndirdi, əlbəttə çarsizlikdən yeraltı sərvətlərin kəşfiyyatı, istehsalı və köşürülməsi üçün Qərb kampaniyaların himayəsini cəlb etdi.bu kampaniyalar Amerikanın himayəsində və bu ölkənin strategiyası əsasında fəaliyyət göstərirlər.
2001-ci ilin 11 sentyabr hadisəsindən sonra Amerikanın hərbi hüzurundan ortaya çıxmış mühüm hadisələrdən biri bu idi ki, Mazəndəran dənizində və bu dənizin hüquqi statusunda bu ölkə mühüm oyunçulardan birinə çevrildi.Qazaxıstana səfəri zamanı və "Xəzər dənizinin hüququ"adlı konfransda Amerikanın Xəzər dənizi üzrə xüsusi nümayəndəsi, Estiumanın sözləri-Xəzərin statusu təyin edilmədən öncə və qərb kampaniyaları gözləmdən dənizin yeraltlı sərvətlərindən faydalanmalıyıq-buna bir sübutdur(İzzəti, 1383, səh 171, 172).
Bundan əlavə Amerika Xəzər dənizinin statusunda İrana qarşı olan ölkələrin tərəfdarlığını edir və çalışır ki, bu ölkələrlə İranın əməkdaşlığına mane olsun və bu ölkənin mövqeyini Xəzər dənizinin statusunda zəiflətsin.ABŞ və qərb ölkələri Azərbaycanın mövqeyini dəstəkləyir və iddia edirlər ki, dənizin bölgüsü(əlbəttə orta xəttin üzərində olmalıdır)daha uyğundur(Müctəhidzadə, 1379, səh 10).belə olduğu halda İranın payı 12, 13 faiz olacaqdır.
b)   Enerjinin tranziti, Amerikanın geopolitiki oyunları:
ABŞ "Dünyanın müasir quruluşunu"reallaşdırmasına, dünyada vahid bir hakimiyyəti davam etdirməsinə, Xəzər və Fars körfəsindəki yeraltı mənbələrin faydalanmasına və nəzarət etməsinə daha çox əhəmiyyət verir.hər halda Amerikanın çox sayda hərbi qüvvələri Fars körfəsində yerləşib, Amerikalı kampaniyalar Xəzər dənizindəki yeraltı sərvətlərdən faydalanmaq üçün çoxlu sazişlər imzalayıblar və bu məsələni Amerika "milli mənafe"adlandıraraq öz hüzuruna bəraət qazandırır.
terroristi hücumda, 11Sentyabr hadisəsi və siyasi hadisələr səbəb olub ki, Amerika enerji sahəsində təhlükə hiss etsin.buna görə də Amerikaya təklif olunub ki, Orta Şərqin neftinin əvəzinə dost ölkələrdən neft idxal etsin.bununla belə, Xəzər bölgəsi bir sıra məsələlərə görə Orta Şərqi əvəz edə bilməz və Amerikanın neft ehtiyaclarını təmin edə bilməz.nəticədə Amerika neftini təmin etmək üçün öz mövqeyini Orta Şərqdə qorumalıdır(Bahgat, 2003, səh 3).
Başqa bir tərəfdən məsafə uzaqlığı, Amerikaya Xəzərin, xüsusi ilə Türkmənistanın qaz ehtiyatının daşıması üçün çoxlu problemlər ortaya çıxardır və iqtisadi baxımdan sərfəli deyil.buna baxmayaraq ki, Amerika Xəzərin enerjisinə bağlı bir ölkə deyil, amma əgər Vaşington bu bölgədən neft idxal etməsə, dünya iqtisadiyyatı bir-birinə bağlı olduğu üçün Asiya və Avropanın istifadəçilərinə zərər vermək, Amerikanın iqtisadiyyatına birbaşa mənfi təsir göstərəcək.enerjinin təhlükəsizliyi baxımından istehsal nə qədər çox olsa, hər bir vahid enerjinin yatağından neftin kəsilmə təhlükəsi az olacaqdır(Behcət, 1379, səh 24, xülasə).
Amerikanın nöqteyi-nəzərindən energetika iqtisadiyyatdan çox siyasi-təhlükəsizlik baxımından əhəmiyyəti var, beləliklə, Amerika dünyanın neft və qazına nəzarət etməklə lazim olan yerdə istifadəçilərə təziyq göstərmək istəyir.bir sıra siyasətçilərin fikrincə, Amerika İraqı işğal etdikdən sonra bu ölkənin enerjisinə nəzarət etdi.Amerika bu bölgənin enerjisinə o qədər də əhəmiyyət verməyir.etiraf etməliyik ki, ABŞ "Dünyanın müasir quruluşunu"reallaşdırmasına, dünyada vahid bir hakimiyyəti davam etdirməsinə, Xəzər dənizinin yeraltı sərvətlərinə nəzarət etməsinə daha çox əhəmiyyət verir.
Geopolitik nöqteyi-nəzərdən, Amerika siyasi mənafeyinə uyğun olaraq istəyir ki, məntəqədəki ölkələrin neft və qaz ehtiyatlarının inkişafında və istehsalında təşəbbüskar olsun.Amerika dövlətinin verdiyi hesabata əsasən bu işlər Amerika iqtisadiyyatın inkişafına səbəb olacaq və bu ölkələrə Rusların nüfuzundan çıxmasına yardım edəcəkdir.İqtisadi baxımdan bu ölkələrdə neft sahəsində inkişaf səbəb olacaq ki, Amerikanın neft kampaniyalarına fürsət yaradılsın. Bundan başqa Amerika, enerjinin köçürülməsində İranın geopolitik roluna maneçilik törədərək, bu ölkənin strategiyasını zəifləşdirmək istəyir.1996-cı ilin iyul ayının sonlarında Amerika enerjinin köçürülməsi layihəsini icra etmək üçün (İrandan başqa bir yoldan şərqdən qərbə)Qazaxıstan, Türkmənistan və Azərbaycan prezidentlərini Vaşingtona dəvət etdi və onlara təkif etdi ki, İran ərazisindən nefti ixrac etməsinlər.Amerikanın konqresi 1996-cı ilin iyul ayında bir qanun təsdiqlədi, bu qanuna əsasən xarici kampaniyalar İranın neft sənayesində kapital qoysalar, Amerika tərəfindən cəzalandırılacaqlar(Klavson, 1378, səh 13).hətta məxarici çox olmasına baxmayaraq Amerika enerjinin köçürülməsində şimal-cənub əvəzinə şərq-qərb istiqmətindən istifadə etdi.hər üç ölkənin, yəni Qazaxıstan, Türkmənistan və Azərbaycan ərazisi quraqlıqdır, dünya bazarlarına əl tapmaq üçün qonşu ölkələrin əməkdaşlığına ehtiyacları vardır.qərb bazarlarına çatmaq üçün İranla əməkdaşlıq etməlidilər.başqa məsələ bundadır ki, məntəqədəki bir sıra ölkələr neft və qaza ehtiyacları var.misal üçün Türkiyənin neftə ehtiyacı var.bundan başqa iqtisadiyyatını inkişaf etdirmək üçün və enerjini təmin etmək üçün təbii qaza ehtiyacı var. bu ölkə 1996-cı ildə 8 milyon kubmetr qaz ehtiyacı, 2020-ci ildə 60 milyon kubmetr qaza və gündəlik neft ehtiyacı 900 min boçka olacaqdır.Türkiyə qaz ehtiyacını Xəzəryanı ölkələrdən və ya İran və İraqdan almaq istəyir.hətta Türkiyə dövləti Türkmənistan, İran, İraqın keçmiş dövləti və Rusiya ilə sazişlər imzalayıb.1997-ci ilin iyul ayında "Vaşington Poçt"adlı qəzet yazmışdır:-birinci dəfə olaraq ABŞ, 1/6 milyard dolar xərclə Türkmənistan, İran, Türkiyə borusuna qarşı deyil.bu məsələ Amerika dövləti tərəfindən təkzib edildi.
Amerika Orta Asiyadan uzaq olmasına baxmayaraq, bu ərazilərdə iqtisadi, siyasi nüfuzu çoxdur(ATƏT, 2004, səh 8).2001-ci ilin oktyabr ayının 16-da Türkmənistanın neft-qaz sənayesi və energetika naziri, Qurban Nəzər Nəzərov, jurnalistlərə verdiyi müsahibədə demişdir ki, 2001-2005 illər arasında neft sənayesinə 25 milyard dolar kapital lazimdir.Türkmənistanın iqtisadiyyatı enerjinin ixracatına bağlıdır.ancaq onun istehsalına külli miqdar da pul lazimdir.Nəzərovun dediyinə görə Türkmənistan dövləti neft yataqlarını qaydaya salmaq üçün xarici kampaniyaların diqqətini cəlb etdirmək istəyir(Nichol, 2003).bir tərəfdən isə Xəzər məntəqəsində neft və qaz kompaniyaları Amerikadandır və Amerika konqresinin təsdiqlədiyi qanuna əsasən Amerikalı kampaniyalar İranda kapital qoyma ixtiyarları yoxdur və qeyri-Amerikalı kampaniyalar 20 milyon dolardan çox İranın neft və qazına kapital qoysalar cəzalandırılacaqlar(Heydəri, 1382, səh 46). Beləliklə, Türkmənistan enerjisinin köçürülməsində Amerikanın strategiyasını da nəzərə almalıdır.
  Bir sıra siyasət adamları belə düşünürlər ki, əgər Tehran və Vaşingtonun dostluq əlaqələri düzəlsə və ya İranda İslami rejim dəyişilsə, Amerika İranın traniziti fəaliyyətinə icazə verəcəkdir.amma deməliyik ki, hətta İranda belə bir şərait yaransa, Amerika İrana maneçilik törədəcəkdir.necə ki, Xəzər üzrə Amerikanın bütün deputatları, o cümlədən "Kaliki", "Elizabet Conz", Volf"və "Estiuman"bu faktı təsdiqləyiblər, belə ki, əgər Amerika İranın əleyhinə olan  embarqonu ləğv etsə, bu məntəqədə, Xəzərdə, bu qadağanı ləğv etməyəcəkdir.çünki, Amerikanın uzun müddətli mənafeyi belə hökm edir(Arvanitupols, 1381, səh 65)
Amerikanın Ticarət nazirinin müavinin biri, Yan Kaliki, Londonda keçirilən" Beynəlxalq Kapital və Ticarət üzrə rəqabət"adlı konfransda dedi:-"hətta Amerikanın əlaqəsi İranla düzəlsə, Orta Asiyanın enerjisi İran ərazisindən köçürülməyəcəkdir"(Mələki, 1382, səh 402).əgər Amerika Xəzərin enerjisinə siyasi və təhlükəsizlik cəhətdən yanaşmasaydı, ötən on ildə məntəqədə inkişaf və irəliləyiş ola bilərdi(Səccadpur, 1383, səh 103, 104).
                III.        Amerikanın hərbi hüzuru və şimaldan təhdidi:
Ötən iki əsrdə İranın tarixi göstərir ki, ölkəmiz hər zaman şimal qonşusu tərəfindən təhdidə məruz qalıb(Ədibi, 1378, səh 68).unutmamalıyıq ki, Ruslar 1917-ci ilə kimi ölkəmizə göz tikmişdilər, 1907-ci ildə İngiltərə ilə birləşərək ölkəmizi iki yerə böldülər və böyük hissəni özləri götürdülər.Sovet ölkəsi İkinci Dünya savaşında qızıl ordunun yardımı ilə və ikiüzlü şəxslərin vasitəsi ilə ölkəmizi parçaladılar, Azərbaycan və Kürdistanda müstəqil dövlətlər quruldu.hətta, unutmamalıyıq ki, Ruslar İmam Rzanın qızıl günbəzinə atəş açdılar(Papli Yəzdi və Vüsuqi, 1383, səh 25, 26 xülasə).və nəhayət, heç bir ölkə Rusiya kimi İranın ərazisini həmişəlik işğal etməyib, o cümlədən Orta Asiya və Cənubi Qafqaz uzun müddət İranlıların mədəni təsirindəydi.əslində, 1980-ci ildə İslam Respublikası dövründə (Həzrəti İmam)Xümeyninin vasitəsi ilə Amerika"Böyük Şeytan"adlandırıldıqdan sonra və Kremlin "Kiçik Şeytan"olaraq Amerikaya görə Ruslar öz mövqelərini İranlıların nəzdində qoruyublar(Foler, 1377, səh 159, 160).
Bununla belə, Soyuq müharibədən sonra Sovetin təhdidi azalıb, amma İranın milli gəlirinə və təhlükəsizliyinə yeni nigarançılıqlar əlavə olub, bu ölkənin əleyhinə rəqib ölkələr, xüsusi ilə Amerika təzyiqini gücləndirib.2001-ci ilin 11 sentyabr hadisəsindən sonra Amerika Orta Asiya və Qafqazda hüzurunu genişləndirdi.hərçənd ki, belə iddia edirlər ki, bu hücumların başlanğıncı Əfqanistandandır və Amerika bu mövzuda haqlıdır.Amerikanın reaksiyası səbəb oldu ki, beynəlxalq Əlqaidə və Talibanın əleyhinə formalaşdı və hər ikisinin əleyhinə savaş başlandı.bu mövzu səbəb oldu ki, Orta Asiya və Qafqazda Amerikanın hərbi hüzuruna imkan yaransın(Şərafət, 1383, səh 99).
Yeni müstəqil olmuş ölkələr, qərbin, xüsusi ilə Amerikanın puluna və texnikasına ehtiyacı var(Qubadzadə, 1383, səh 25).
İqtisadiyyatın inkişafı və Rusiyaya bağlılığın azalması, xalq və dövlət başçıları təkrar Rusiyaya tabe olmaqdan qorxmaları, məntəqə böhranlarının həllində məntəqədəki müəssisələrin acizliyi və Məntəqədəki ölkələrin NATO-ya üzv olması səbəb oldu ki, Orta Asiya və Qafqazda Amerikanın hüzuruna imkan yaransın(Kərəmi, 1378 qış, 1379 yay, səh 50).bundan başqa bu ölkələrin əksəriyyətinin hakimiyyəti xalq tərəfindən seçilməyiblər və yüksək səviyədə mədəniyyətə sahib  deyillər.lakin ümid edirlər ki, Amerikanın hərbi hüzuru və bu ölkənin himayəsi səbəb olcaq ki, insan hüquqlarının vəziyyətinə dair beynəlxalq tənqidlərin qarşısı alınacaq. Amerikanın hərbi hüzuru mədəniyyətin və demokratiyanın zəiflənməsinə, müxalifətin və müstəqil qəzetlərin cəzalanmasına səbəb olub(İzzəti, 1383, səh 168).
11 sentyabr hadisəsindən sonra Orta Asiya və Qafqazdakı ölkələr "terroristə qarşı" mübarizəyə hazır olduqlarını bəyan etdilər. əsas rolu Özbəkistan və Qırğızıstan oynayırdı.2001-ci ilin oktyabr ayında Amerika əsgərləri Özbəkistanın hərbi bazasına"Xanabad"da, Əfqanistanın yaxınlığında, yerləşdilər.2002-ci ilin ortalarında bu bazaya 1800 nəfər Amerikan əsgəri daxil oldu.Qığızıstanda başqa bir hərbi baza"Manas"da və qeyri-hərbi hava limani "Bişkək"in yaxınlığında təsis edildi və bir neçə ayın içərisində 2000 min nəfər əsgər burada yerləşdilər(Akiner, 1383, səh 147, xülasə).
Həmçinin 2002-ci ilin yanvar ayından etibarən Amerika 10 illik planda Gürcüstan ordusunu və Çin döyüşçülərini Pankisi dərəsində Əlqaidənin əleyhinə hazırladı.ABŞ ordusu bu ölkədə yerləşdirdi.bu məsələ ilə Putin də razılaşdı(Yalowitz, 2003).bundan başqa ABŞ, hərbi bazasını İncirlikdən Abşrona göçürməklə və məntəqədəki ölkələrlə manevr verərək Xəzər bölgəsinə nəzarət etmək istəyir(Şəfai, 1380, səh 50).
Amerika uzun müddət ərzində istəyir ki, liberal düzəlişlərlə, Avropa birliyin yardımı ilə(şərqdə NATO-nun yayılması), Qərbə uyğun demokratiyanı yaymaqla Orta Asiya və Xəzər bölgəsindəki dövlətləri dəyişdirsin.belə bir vəziyyətdə öz mənafeyinə çata bilər, əlbəttə Amerikanın məqsədi qarşılıqlı əməkdaşlıq deyil, bəlkə ölkənin daxildə ya məntəqədə böhranlar yaratmaqla, bir sıra yeni müstəqil olmuş ölkələri özünə tabe etməklə onların hərc-mərcliyindən faydalanaraq, İranı beynəlxalq səviyədə zəiflətmək istəyir.
İranın şimal sərhədində Amerikanın hərbi hüzuru və NATO-nun yayılması səbəb olub ki, İranın təhlükəsizlik rolu məntəqədə azalsın, hətta gələcəkdə İran İslam Respublikasının milli təhlükəsizliyi və ərazi bütövlüyünü ciddi şəkildə təhlükəyə sala bilər.xatırlatmalıyam ki, bu təhdidlər mərkəzi dövlətin zəifləməsi ilə və ya daxili böhran olduğu zaman daha dolaşıq olacaqdır.hərçənd ki, İranın coğrafi mövqeyəti, dünyanın iki mühüm energetikasının-Xəzər və Fars körfəsi-arasında yerləşdiyi üçün və özünün neft və qaz yataqları olduğu üçün Amerikanın siyasəti "İransız hər bir şey"tədbiq edilir.amma İran İslam Respublikasının geopolitika əhmiyyətinin çoxalmasında ideoloji, mədəniyyət, tarixi təsiri və onun rolu mühüm amillərdən biridir və dünya bundan xəbərsizdir.başqa sözlə desək, qərbi təhlükəyə salan əsas səbəb, İran İslam Respublikasının dünyaya verdiyi insani və mədəni mesajdadır(vaseq, 1379, səh 26, 297 xülasə)
§ Nəticə:
Təhlükəsizlik sahədə olan yeni dəyişikliklər Rusiyadan fərqli olaraq nə İranın, nə də bölgədəki ölkələrin nəfinədir.belə nəzərə gəlir ki, bu arada İran daha ziyan görəcəkdir.bu dəyişikliklərin nəticəsində İran, Orta Asiyada yeni bir müttəfiq deyil, bəlkə bir düşmən və bir rəqibdir.Amerika keçmişdən illərdən bəri İranın cənub və qərb hüdudlarında yerləşməsinə baxmayaraq, bugün şərq və şimal sərhədlərində daha fəaldır.beləliklə, İran keçmişə görə Amerikanın qarşısında daha zəif mövqeyi var və bu məsələ İranın Əfqanistan, Orta Asiya və Qafqazdakı strategiya mənafelərinə mənfi təsir göstərib və göstərəcəkdir. Necə ki, bu ərazi Amerikanın yeni bazasına çevrilib və lazim gəlincə İranın əleyhinə istifadə ediləcəkdir.bu arada İrana yeni geopolitika rəqib ortaya çıxıb, yəni Əfqanistan.bu ölkədə səbat və təhlükəsizlik bərpa olunarsa, Pakistanla əməkdaşlıq edib İranın geopolitika əhəmiyyətini Orta Asiya və Qafqazda azalda bilər.hərçənd ki, bu dəyişikliklər tezliklə ola bilməz.
Amerikanın Orta Asiya və qafqazdakı hüzurundan, xüsusi ilə 11 sentyabr hadisəsindən sonra İran İslam Respublikasının üzləşdiyi zidiyyətlər bunlardır:
1.    İranın vasitəsilə Orta Asiya və Qafqazın energetikasının daşınmasına maneçilik törətməsi.
2.    Bu ölkə Mazəndəran dənizinin hüquqi statusunda İranın mövqeyini zəiflətmək istəyir.
3.    İranın şimal sərhədində casusların çoxalması.
4.    İranın şimal qonşularına, o cümlədən Azərbaycan və Türkmənistana nüfuz edərək milli birliyin və ərazi bütövlüyün pozulmasına səbəb olması.
5.    İranı geostrategiya baxımından mühasirə etməsi və ölkənin şimalində səbatsızlığın yaranması.
6.    Bölgədəki ölkələrin İranla ticarət etməsinə  mane olması.
7.    Məntəqə böhranlarının həllində, o cümlədən Qarabağ böhranında İranın sülhsevərlik rolunu əks olaraq göstərilməsi.
8.    İranı, radikal fikirlərin yayılmasında tanıtdırması.
  • Yazılıb
  • da (də) 2008 Sep 19