Tbilisi ilə Vaşinqton arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, Qara dəniz sahillərində Gürcüstanın Poti və Batumi limanlarında Amerika dəniz donanmasının daimi bazarları yaradılır
Gürcüstan servisi/Aran Agentliyi
Az. R-nın ForstNews İnformasiya Agentliyi ABŞ-ın Gürcüstanda 5 min nəfər hərbçini yerləşdirmək əzmində olmasından xəbər verib. Bu qeyri-dövlət İnformasiya Agentliyi cümə axşamı günü Gürcüstanın İnformasiya vasitələrinə istinadla bildirib: Tbilisi ilə Vaşinqton arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, Qara dəniz sahillərində Gürcüstanın Poti və Batumi limanlarında Amerika dəniz donanmasının daimi bazarları yaradılır.
Habelə bu razılaşmaya uyğun olaraq, ABŞ-ın hava donanması bazaları Qori və Marneoli məntəqələrində mərkəzləşib və beləliklə bu ölkədə ABŞ hərbçilərinin sayı 5 min nəfərə çatır.
Daxil olan bu məlumata görə, bununla bağlı qəti müzakirələr Gürcüstan prezidenti Mixail Saakşvilinin Amerikaya səfəri zamanı aparılacaq.