NATO Baş katibi Yap de Hop Skefferin mətbuat katibi Ceyms Appaturay Şimali Atlantika blokunun regionda təxribatlara səbəb olacaq siyasət yürütmədiyini bildirib
Rusiya servisi/Aran Agentliyi
Londonda keçirilən görüşdə NATO nümayəndələri alyansın siyasətinin Cənubi Osetiya ətrafında münaqişəyə gətirib çıxarması barədə Rusiyanın mövqeyi ilə razılaşmayıblar. NATO Baş katibi Yap de Hop Skefferin mətbuat katibi Ceyms Appaturay Şimali Atlantika blokunun regionda təxribatlara səbəb olacaq siyasət yürütmədiyini bildirib. Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidenti Dmitri Medvedev yeni Avropa təhlükəsizlik müqaviləsinin vacibliyini bəyan edib. O, Qafqazdakı son hadisələrdən sonra belə bir müqavilənin bağlanması ehtimalının yüksək olduğunu deyib.
NATO-ya daxil olan dövlətlərin müdafiə nazirlərinin Londonda baş tutmuş görüşündə alyansın baş katibi Yaap de Hop Skeffer başçılıq etdiyi qurumun bəzi sferalarda daha yaxşı fəaliyyət göstərməli olduğunu bildirib. Bunun yanaşı o, NATO-nun istənilən gözlənilməz hadisələrə hazır olduğunu qeyd edib.
NATO müdafiə nazirlərinin Londonda toplanmasında məqsəd Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra Qafqazda yaranmış vəziyyəti və bu vəziyyətə uyğun münasibəti müzakirə etmək olub.