Tarix : 2008 Sep 20
Kod 7417

QAMƏT SULEYMANOVDAN ŞOK AÇIQLAMA

Əbu Bəkr dini icmasının imamı Qamət Süleyman eyni adlı məscidin ətrafında fəaliyyət göstərən bir neçə dini mağazanı bağlatdırmaq niyyətindədir
Azərbaycan servisi/Aran Agentliyi
“Əbu Bəkr” dini icmasının imamı Qamət Süleyman eyni adlı məscidin ətrafında fəaliyyət göstərən bir neçə dini mağazanı bağlatdırmaq niyyətindədir. Bu haqda informasiyanı “Əbu Bərk” məscidinin saytından əldə etmişik.

Saytdakı forum iştirakçılarından biri Q.Süleymandan “ Şeyx, eşitdim məscidin ətrafındakı “Quraba” dükanını bağlatdırmaq istəyirsiz” soruşub.
Məscidin imamı suala müsbət cavab verib və fikirini belə əsaslandırıb: “Onların məqsədi bizim məsciddən camaatı uzaqlaşdırmaqdır. Onlar elmdə zəif, dünyada təcrübəsi az olan cavanları kor-koranə şüarlara bağlamaqdır. Biz nəinki o dükana, hətta o fikirdə olanları və o fikrə meyl edənləri çalışacağıq ki, məscidimizdən uzaqlaşdıraq. Təbii ki, əgər onlardan məsciddə olacaqsa”.
Qeyd edək ki, “Quraba” dükanı sələfilərin “təkvir camaatı” adlandırdığı insanlara aiddir. Hər iki camaat qarşılıqlı olaarq bir-birilərini imanı yanlış olmaqda ittiham edir.
Bu arada onu da xəbər verək ki, iki gündür Azərbaycandan radikal görüşləri ilə seçilən və bir qayda olaraq «Əbu Bəkr» icmasının hədəfə götürən bir neçə sayta girişə qadağa qoyulub. Hökumət bu haqda heç bir rəsmi izahat yaymasa da çox güman ki, bunu təhlükəsizlik baxımdan ediblər. Onların bəzisi “Əbu Bəkr” məscidinin partladılmasını düzgün hərəkət hesab edir və oranı ümumiyyətlə məcsid yox “Qamətgah” adlandırıdılar.
  • Yazılıb
  • da (də) 2008 Sep 20