Tarix : 2008 Sep 20
Kod 7418

Qədr gecəsi mərasimi Bakıda yaşayan iranlıların hüseyniyyəsində keçirilib

Ramazan ayı qədr gecəsinin əhya mərasimi yüzlərlə nəfər müsəlman xalqın iştirakı ilə Bakıda yaşayan iranlıların hüseyniyyəsində keçirilib
Azərbaycan servisi/Aran Agentliyi

Ramazan ayı qədr gecəsinin əhya mərasimi yüzlərlə nəfər müsəlman xalqın iştirakı ilə Bakıda yaşayan iranlıların hüseyniyyəsində keçirilib. İRNA-nın verdiyi məlumata əsasən Azərbaycan Respublikası xalqından böyük bir qrup da iranlıların sırasına qoşularaq birlikdə mübarək Ramazan ayının 19-cu gecəsinin xüsusi mərasimləri, o cümlədən Quran Kərimin qiraəti və Coşən Kəbir duasının oxunması və Allah-taala dərgahına raz-niyaz etməyi yerinə yetirdilər.
Qeyd edilən ruhani mərasimdə iştirakçılar şənbə günü imsaka qədər Quranı başlarına qoyaraq mənəviyyatla dolu olan bir atmosferdə yetimlər köməkçisi İmam Əli(ə) üçün matəm saxladılar.
Mübarək Ramazan ayında Bakıda yaşayan iranlıların hüseyniyyəsində Azərbaycan Respublikası müsəlman xalqının geniş iştirakı ilə camaat namazı, dini çıxışlar mübarək ramazan ayının dualarını qiraət etmək və ismət və paklıq əhli-beyt(ə)-a təvssül etmək mərasimləri keçirilir.

  • Yazılıb
  • da (də) 2008 Sep 20