qeyd edilən bəyanatda BQÖH-nın xarici işlər nazirlərinin Tehran iclası bəyanatındakı mətni tam şəkildə əks etdirilib və MAQATE-nin sənədləri sırasına daxil ediləcək
İİR servisi/Aran Agentliyi
BQÖH-ya üzv ölkələrin MAQATE-dəki səfirləri İİR-nin sülhsevər nüvə fəaliyyətlərini himayə üzrə bəyanat təsdiq ediblər. İRNA-nın verdiyi məlumata əsasən, cümə günü Beynəlxalq Atom Enerjisi Agentliyinin qərargahında təsdiq edilən Bloklara Qoşulmayan Ölkələr Hərəkatının bəyanatı Kubanın səfiri tərəfindən MAQATE Hakimlər Şurasının gələcək iclasında olunacaq.
İranın MAQATE-dəki nümayəndəsi Əliəsğər Soltaniyə Vyanada İRNA ilə müsahibədə deyib ki, qeyd edilən bəyanatda BQÖH-nın xarici işlər nazirlərinin Tehran iclası bəyanatındakı mətni tam şəkildə əks etdirilib və MAQATE-nin sənədləri sırasına daxil ediləcək.
Soltaniyə həmçinin əlavə edib: Qeyd edilən iclas da təsdiq edilibdir ki, BQÖH-nın sədri MAQATE-nin baş direktoruna bir məktubda ondan istəsin ki, Sionist rejimin nüvə güclüyünü rəsmən MAQATE-nin illik sessiyası üzrə konfransın iş gündəminə salsın.
Soltaniyə əlavə edib: Bu iclasda Yaxın Şərqin nüvə silahlarından təmizlənməsi üzrə qətnamə təsdiq edilib və bu sahədə ərəb ölkələri Sionist rejim haqda bir qətnaməni hazırlayıblar ki, BQÖH onu araşdırmaqdadır.
Bu məlumata əsasən, BQÖH-nın iclasında belə qərar alnıb ki, BQÖH-ya üzv ölkələrin hər biri haqda olan hər cür qətnamə bu təşkilatın razılığı ilə olmalıdır.