Görüş BMT Baş Assambleyasının Nyu - Yorkda keçiriləcək 63 - cü sessiyası çərçivəsində baş tutacaq
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Əli Babacan, Elmar Məmmədyarov və Edvard Nalbandyan sentyabrın 25-26-da görüşəcəklər. Bu barədə məlumatı CNNtürk kanalı yayıb. Görüş BMT Baş Assambleyasının Nyu - Yorkda keçiriləcək 63 - cü sessiyası çərçivəsində baş tutacaq. Görüşün keçirilməsinə təşəbbüs isə Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əli Babacandan gəlib. Babacan əvvəlcə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, daha sonra ermənistanlı həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq. Bu görüşlərdən sonra hər üç nazir Qarabağ məsələsini üçtərəfli görüş çərçivəsində birgə müzakirə edəcək.