QAT bir daha hədələyibdir ki, heç bir vəchlə icazə verməyəcəkdir ki, ermənilər Bakıda beynəlxalq iclaslarda və mərasimlərdə iştirak etsinlər
Azərbaycan servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatı bir mətbuat bəyanatı verərək, erməni hərbçilərin Azərbaycan R-da olmasına etiraz edib. Qeyd edilən bəyanata əsasən, QAT yazılı mətbuat orqanlarının erməni hərbçilərinin MDB ölkələrinin sərhəd xidməti komandanlarının Bakı iclasında iştirak edəcək ehtimalı haqdakı yazılarına işarə edərək, bildirib: Ermənistan nümayəndə heyətinin Müstəqil Dövlətlər Birliyinin Bakı iclasında iştirak etməməyi haqda əmin olduqdan sonra bir daha xəbərdarlıq etdi ki, Azərbaycan Respublikası müharibə vəziyyətində, Azərbaycan Respublikasının ərazisi olan Qarabağın Ermənistanın silahlı qüvvələrinin işğal altında olduğu bir halda heç bir vəchlə Ermənistan nümayəndəsinə, xüsusi ilə erməni hərbçilərin hər bir formatda Bakıda keçirilən beynəlxalq təşkilatın mərasimlərində Azərbaycan Respublikası torpağında iştirak icazəsi verilməməlidir.
QAT bir daha hədələyibdir ki, heç bir vəchlə icazə verməyəcəkdir ki, ermənilər Bakıda beynəlxalq iclaslarda və mərasimlərdə iştirak etsinlər.