rəsmi Tehran bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir
Azərbaycan servisi/Aran Agentliyi
Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını etmək üçün Bakı və İrəvanla danışıqlara başlayıb. Bunu ANS-TV.yə eksklüziv müsahibəsində İranın Azərbaycandakı səfiri Nəsir Həmidi Zare bəyan edib. O, bildirib ki, rəsmi Tehran bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir. Səfirin sözlərinə görə, münaqişə sülh yolu ilə həllini tapmalıdır.