Nəqliyyat naziri Ziya Məmmədov artıq bir aydan çoxdur ki, ibadətlə məşğul olmağa və namaz qılmağa başlayıb
Azərbaycan servisi/Aran Agentliyi
“Nəqliyyat naziri Ziya Məmmədov artıq bir aydan çoxdur ki, ibadətlə məşğul olmağa və namaz qılmağa başlayıb. Nazirin müqəddəs dinimiz olan İslamın bütün şərt və tələblərinə riayət etməyə başlaması onun özünün daxili- mənəvi qərarı olub və o bu qərarı barədəki məlumatları yayıb ictimailəşdirməyə həvəs göstərmir. Ziya Məmmədov bunu həm şəxsi mənəvi qərarının reklamı sayıb təqdir etmir, həm də belə şeylərin dinimizin təməl prinsiplərinə zidd olduğunu düşünür”.
Bu barədə redaksiyamıza nazirin yaxın çevrəsinə istinadən bilgi verilib. Qəzetimizi bu barədə məlumatlandıran mənbənin sözlərinə görə, hörmətli Ziya bəy mömin bir müsəlman kimi İslamın bütün şərtlərinə əməl etməyə başlayıb. O, hər gün 17 rükət namaz qılır, eləcə də din xadimlərindən və dini kitablardan müqəddəs İslamın qaydalarını həvəslə öyrənir. Bizə isə Ziya bəyin bu addımını təqdir edib bəyənmək və ona inancında kamillik və möhkəmlik arzulamaq qalır. Bir də onu arzu edək ki, Ziya bəyin bu gözəl addımı hələ namaz qılmayan, ibadət etməyən digər məmurlara da nümunə olsun. Cəmiyyətimizdəki pisliklərin, allahsız əməllərin sayı da bəlkə onda bir qədər azala.