Mahmud Əhmədinejad müdafiəni İran xalqının yüksəklikləri fəth etməyi, özünə inam və öz mentalitetinə qayıtmaq simvolunun aynası adlandırıb
İİR servisi/Aran Agentliyi
Mahmud Əhmədinejad müdafiəni İran xalqının yüksəklikləri fəth etməyi, özünə inam və öz mentalitetinə qayıtmaq simvolunun aynası adlandırıb. İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad bazar günü, müqəddəs müdafiə həftəsi münasibəti ilə keçirilən xüsusi mərasimdə, silahlı qüvvələrin bölmələri qarşısında, ekspansionist qüvvələrin xalqları istila altına almağa cəhd göstərmələrinə işarə edərək, deyib: Xalqların düşmənləri inqilabçı İran xalqının yüksək sıçrayış və möhkəm hərəkətindən narahat olmaları təbiidir. Çünki onlar belə təsəvvür edirdilər ki, iqtisadi, hərbi və şantaj potensiallarına malik olmalarına görə, İranda çıxmış günəşi məhv edə biləcəklər.
Əhmədinejadın sözlərinə görə, İran xalqının müqəddəs müdafiəsi yeni dövrün başlanması və iqtisadi güc, yalan şantajlar və hegemonçuluğa əsaslanan dövrün sona çatması, imanlı insanın çiçəklənməsi və silah və texnologiyaya qələbənin başlanmasıdır.
"Düşmənlər itirdikləri öz imiclərini qorumaq sahəsində apardıqları şantajlar və psixoloji müharibə vəziyyət yaratmaq ardıncadırlar" -deyən İran prezidenti əlavə edib: Əgər bir tərəf İran xalqının müqəddəs ərazisi və qanuni mənafeyinə təcavüzə cəsarət edərsə, başı uca ordumuz, şücaətli korpus, qəhrəman bəsic və nizam-intizam döyüşçülərindən ibarət silahlı qüvvələrimiz və bu xalq təbəqələrinin hamısı hər hansı bir hərəkətdən öncə onun əlini qıracaq və əbədi olaraq, təcavüzkarı peşman edəcək.
Cənab Mahmud Əhmədinejad, habelə ayıq-sayıqlığın qorunması və İran xalqının müdafiə təməlinin güclənməsi prosesinin davam etməsinə təkid edərək, deyib: Böyük İran xalqı bunlara baxmayaraq, öz silahlı qüvvələrinin tərəfdarı və himayədarıdır və bizim qüvvələrimiz də İslama və Vilayətə məftun olaraq, İran xalqının mənafeyi və şərəfini himayə və fədakarlıq xidmətindədirlər.