Tarix : 2008 Sep 22
Kod 7483

İ. İBRAHİMOĞLU: BUŞ ADMİNİSTRASİYASININ İNSAN HAQLARINDAN DANIŞMAĞA MƏNƏVİ HAQQI YOXDUR

olsun ki, onların bu kimi əziyyətlərini, hesabatın gücünü hazırda mövcud olan administrasiyanın yanlış addımları çox zəiflədir
Beynəlxalq Servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamentinin Azərbaycanda dinin etiqad azadlığına dair hesabatı yayılıb.

Bəs ölkənin dini inanclı şəxsləri bu hesabatı necə qiymətləndirirlər? Sənəd ölkədəki reallığı əks etdirirmi?
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu ilk öncə onu bildirdi ki, öncəki illərlə müqayisədə hazırkı vəziyyətdə belə hesabatların mənəvi gücü, səlahiyyəti yox dərəcəsindədir: "Çünki son illərdə baş verən İraq faciəsini, Quantanamo biabırçılığını, 11 sentyabr terrorunun ardınca müsəlman dünyası ilə bağlı insan haqlarına zidd hərəkətləri və eyni zamanda Amerikanın daxilində insan haqları və azadlıqlarının məhdudlaşdırılmasını nəzərə alsaq, indiki administrasiya bu kimi qiymətlər, tövsiyələr verməyə mənəvi baxımdan haqqını itirib. O ki qaldı hesabatın özünə, onu peşəkarlar, insan hüquq və azadlıqlarına yananlar hazırlayır. Amma təəssüflər olsun ki, onların bu kimi əziyyətlərini, hesabatın gücünü hazırda mövcud olan administrasiyanın yanlış addımları çox zəiflədir. Bu mənada düşünürəm ki, sənədin içindəki məqamların gerçəklik olmasına rəğmən, Ağ Ev rəhbərliyinin bu kimi mövzularda danışmağa haqqı yoxdur".
  • Yazılıb
  • da (də) 2008 Sep 22