Agentliyin düzgünlük və fəaliyyətinin gedişatında Amerikanın etdiyi iddialara görə sənədləri verməməsi problem yaratmışdır
İİR servisi/Aran Agentliyi
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi deyib: Amerika MAQATE-ni problemlə üzləşdirmişdir. İRNA-nın verdiyi məlumata əsasən, Əliəsğər Soltaniyyə bazar ertəsi günü Vyanada MAQATE-nin Direktorlar Şurası iclasının haşiyəsində jurnalistlərə verdiyi müsahibədə əlavə edib: Artıq Direktorlar Şurası üçün də məlumdur ki, iddiaların araşdırılması barəsindəki bütün sənədlər agentliyə təhvil verilməmişdir.
Soltaniyyə deyib: Agentliyin düzgünlük və fəaliyyətinin gedişatında Amerikanın etdiyi iddialara görə sənədləri verməməsi problem yaratmışdır. O əlavə edib: Agentliyə üzv bir ölkə başqa bir üzv ölkə tərəfindən ittiham olunmuşdur. Halbuki bu ölkə iddialarına görə heç bir sənəd irəli sürməyib.
Soltaniyyə bu gedişin davam edə bilməyəcəyinə təkid edərək, artırıb: Amerika belə davranışları ilə get-gedə daha çox təcriddə qalacaq.