Soyuq müharibə dövrünə qayıdış olmayacaq. Çünki ideologiya mövcud deyil. Amma yeni bir silahlanma rəqabətinin başlanması ehtimalı böyükdür
Rusiya servisi/Aran Agentliyi
Mixail Qorbaçov Cənubi Osetiyada baş verən son toqquşmaları ABŞ siyasəti üçün bir məğlubiyyət adlandırıb. Sabiq Sovet İttifaqının sonuncu rəhbəri Qorbaçov bazar günü Rusiyanın Ria-novosti İnformasiya Agentliyi ilə müsahibədə deyib: Gürcüstan prezidenti ABŞ dövlətindən əmək haqqı alanlar siyahısında idi və ABŞ-ın Gürcüstan dövlətini qeyd-şərtsiz olaraq himayə etməsi Ağ Evin Qafqaz siyasətinin məğlubiyyətə uğramasına səbəb oldu.
Mixail Qorbaçov ABŞ dövlətinin beynəlxalq əlaqələrə böyük zərbələr vurmasına işarə edərək, artırıb: Soyuq müharibə dövrünə qayıdış olmayacaq. Çünki ideologiya mövcud deyil. Amma yeni bir silahlanma rəqabətinin başlanması ehtimalı böyükdür.