Tarix : 2008 Sep 22
Kod 7488

İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə matəm mərasimi keçirilib

İmam Əli (ə)-ın şəhadətinin ildönümü münasibəti ilə Ramazan ayının 19 və 20-ci günlərində İmam Xomeyni (rə) hüseyniyyəsində xüsusi mərasimlər keçirilmişdi
İİR servisi/Aran Agentliyi

Həzrət İmam Əli (ə)-ın şəhadətinin ildönümündə İslam İnqilabının Böyük Rəhbərinin və xalqın iştirakı ilə Tehranda xüsusi bir matəm mərasimi keçirilib. Bu gün Həzrət Ayətullah-əl-üzma Xameneinin imaməti ilə İmam Xomeyni (rə) hüseyniyəsində qılınan günorta namazından sonra keçirilən bu mərasimdə iştirak edənlər, Əmir-əl-möminin Həzrət Əli (ə)-ın şəhadətinin ildönümü münasibəti ilə matəm saxlayıb və göz yaşı axıdıblar.
İmam Əli (ə)-ın şəhadətinin ildönümü münasibəti ilə Ramazan ayının 19 və 20-ci günlərində İmam Xomeyni (rə) hüseyniyyəsində xüsusi mərasimlər keçirilmişdi.

  • Yazılıb
  • da (də) 2008 Sep 22