Tarix : 2008 Sep 23
Kod 7497

SİONİZMİN ƏLEYHDARLARI OLAN YƏHUDİ XAXAMLARDAN ƏHMƏDİNEJADA DƏSTƏK

Əhmedinejad, dindar və sülhsevər bir insandır
İİR servisi/Aran Agentliyi
Amerikada olan İran İslam Respublikasının prezidenti Əhmedinejadı dəstəkləyən siyonist əleyhdarı olan hahamlar xalqı Əhmedinejadı dəstəkləyən nümayişə çağırarkən Əhmedinejadın sülh və yəhudilərə hörmət etdiyini bildiriblər.

Siyonizmə qarşı yəhudi ittifaqı saytının xəbərinə görə İran İslam Respublikasının prezidenti Əhmedinejadı dəstəkləmə istiqamətində təşkil edilən nümayiş bazar ertəsi günü Newyork şəhərində təşkil edilir.

Siyonizmə qarşı yəhudi ittifaqı spikeri, İran İslam Respublikasının prezidenti Mahmud Əhmedinejadın Newyork ziyarətinə paralel olaraq nəşr etdiyi məlumatda Əhmedinejad və digər İranlı səlahiyyətlilərlə görüşmələrin onlar üçün qürur qaynağı olduğunu, İranlı səlahiyyətlilərlə hər görüşmələrində medianın bütün təbliğatlarına qarşı İran milləti və idarəçilərini sevdiklərini ifadə etdiklərini yazıb.

Spiker İran respublika başçısının dini bir şəxsiyyat olduğunu və dünyada bərabərlik, ədalət və dialoqa söykənən sülhə inandığını, amma təəssüf ki, siyonizmin təsiri altında olan bəzi yəhudilərin həmişə düşmənlik, hücum və şiddətin ən yaxşı reaksiya olduğunu düşündüklərini vurğulayıb.
  • Yazılıb
  • da (də) 2008 Sep 23