bu tələbə qrupu dünən universitet rektorunun ofisi qarşısında piket keçirərək hicaba riayətə Allah talanın əmri adlandırıb
Türkiyə servisi/Aran Agentliyi
İstabnulun Boğaziçi universitetinin bir qrup hicablı tələbəsi universitetə giriş sahəsində qadağanın götürülməsini istəyib. Müxbirimizin verdiyi məlumata əsasən, bu tələbə qrupu dünən universitet rektorunun ofisi qarşısında piket keçirərək hicaba riayətə Allah talanın əmri adlandırıb.
İstanbulun Boğaziçi universiteti yalnız baş örtüyü ilə girişdən irəli gələn hüququ nəticələri qəbul etmək barədə öhdəlik imzalayan tələbələrə universitetə daxil olmaq icazəsi verir.
Türkiyə parlamenti ötən il əsasi qanunun iki maddəsini islah edərək hicablı tələbələrin universitetlərə girişinə qoyulmuş qadağanın ləğv etdi, lakin xalq respublikaçı partiyasının şikayəti ilə bu ölkənin konstitusiya məhkəməsi 411 parlament üzvünün təsdiqlədiyi bu qərarı ləğv etdi.