Tarix : 2008 Sep 24
Kod 7523

MÜXALİFƏT ƏHALİNİ BOYKOTA ÇAĞIRACAQ

Uzun məsləhətləşmədən sonra bu qərara gəldik ki, etiraz aksiyasına başlayaq və Azərbaycanda keçirilən seçkilərə öz etirazımızı bildirək
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Seçkini boykot etmək haqqında qərar qəbul edən Müxalifətin Əməkdaşlıq Mərkəzi kütləvi aksiyalar keçirmək barədə qərar qəbul edib. Partiyaların sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan aksiyasının məqsədi nədir? AXCP sədrinin müavini Həsən Kərimov bu barədə “Olaylar”a Seçki Məcəlləsinə uyğun olaraq, əks-təbliğat aparmaq hüquqlarının olduğunu bildirib. Partiya funksioneri deyib ki, Seçki Məcəlləsinə edilən dəyişikliklər onları qane etmədiyindən boykot qərarını veriblər: “Uzun məsləhətləşmədən sonra bu qərara gəldik ki, etiraz aksiyasına başlayaq və Azərbaycanda keçirilən seçkilərə öz etirazımızı bildirək. Bu hüququ bizə həm də Konstitusiya verib. Əks-təbliğat aparmaq istəyirik”. ITV-dən efir vaxtının istənilməsinə gəlincə, H.Kərimov bu vaxtdan istifadə edərək, xalqı boykota çağırmaq istəyində olduqlarını diqqətə çatdırıb. Sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan mitinqə gəlincə: “Mitinqdə 10 min nəfərin iştirakını nəzərdə tuturuq. Biz meriyaya müraciətimizdə doqquz yer adı yazmışıq. Daha çox istəyərdik ki, mitinqimizi “Azneft” meydanında keçirək".
  • Yazılıb
  • da (də) 2008 Sep 24