İran xalqı sülh və dostluq əhlidir. Ancaq bu xalq hansısa təcavüzə möhkəm cavab verəcək
İİR servisi/Aran Agentliyi
İİR-nin prezidenti bəyan edib ki, dünya ictimaiyyəti dedikdə, bu yalnız Amerika və onun müttəfiqləri deyil. Mahmud Əhmədinejad çərşənbə axşamı Nyu-Yorkda BMT-nin qərargahında keçirdiyi mətbuat konfransında, bəzi dövlətlərin "İranın nüvə proqramından dünya ictimaiyyətinin nigarançılığı" barədə dediklərini absurd hərəkət sayaraq, deyib: Bütün bunlar Tehran əleyhinə sırf təbliğat vasitəsidir və dünya ictimaiyyəti yalnız ABŞ-la onun bir neçə müttəfiqi deyil.
Onun sözlərinə görə, bir neçə dövlət özünü dünya ictimaiyyətinin nümayəndəsi və ixtiyar sahibi hesab edir. Həmin dövlətlər veto hüququna malik olduqları üçün bütün məsələlərdə son sözü deyə biləcəklərini güman edirlər. Halbuki dünya ictimaiyyəti başqa məfhumdur.
İranın nüvə məsələsinin siyasiləşdirildiyinə toxunan prezident Əhmədinejad qeyd edib ki, İran xalqı dialoq əhlidir. Lakin kimsəyə təslim olmaz.
Əhmədinejadın fikrincə, super güclərin zorakılıq ədəbiyyatından istifadə etməsi onların tarixi və siyasi cəhətdən geridə qaldıqlarını sübut edir.
İran İslam Respublikasının prezidenti sonra deyib: İran xalqı sülh və dostluq əhlidir. Ancaq bu xalq hansısa təcavüzə möhkəm cavab verəcək.
İran-ABŞ münasibətlərinə gəlincə, bu münasibətlərin qarşılıqlı hörmət əsasında, qurulmasını mümkün sayan Əhmədinejad bildirib ki. Hegemonluq üzərində qurulan əlaqələri İran tərəfi heç zaman qəbul etməyəcək.
İran İslam Respublikası prezidenti Fələstinin vəziyyəti haqda da fikir söyləyib.
"Fələstində azad referendumun keçirilməsi münaqişəsinin yeganə həll yoludur və Tehran Fələstin məsələsinin həlli ilə əlaqədar planını yaxın zamanlarda Birləşmiş Millətlər Təşkilatına təqdim edəcək" -deyə Əhmədinejad söyləyib.
Prezidentin dediyinə görə, Fələstin məsələsinin əsaslı şəkildə nizamlanması və Fələstin xalqına öz müqəddəratını təyin etmə hüququnun verilməsi planın ən vacib müddəalarıdır.
Əhmədinejad terrorizmə qarşı mübarizə məsələsinə də toxunub və İran xalqının həqiqi mənada terrorizmə qarşı mübarizə aparan dövlətlərin yanında olacağını vurğulayıb. Çünki bu xalq özü terrorizmin qurbanıdır.
Əhmədinejad həmçinin İran, İraq vöə Amerika arasındakı üçtərəfli müzakirələrə də işarə edib və bu formatın İraqda təhlükəsizliyin bərqərarında mühüm addım olduğunu bildirib.
Prezident Əhmədinejad söhbətinin davamında əcnəbi qüvvələrinin o cümlədən Şimali Atlantika Alyansı (NATO) qüvvələrinin Əfqanıstandakı fəaliyyətlərinə toxunaraq, onların sayəsində Əfqanıstanda narkotik istehsalının artdığını, ifratçılığın genişləndiyini və dinc əhalinin qırğın edildiyini jurnalistlərin diqqətinə çatdırıb.
Əhmədinejad Qafqaz regionunun hadisələrin gəlincə, burada əcnəbi dövlətlərin, o cümlədən NATO və Sionist rejimin müdaxiləsini həmçinin Gürcüstan hökumətinin müdriksizliyini son münaqişənin əsas amili adlandırıb.
O regionda bütün məsələlərin məhz region xalqları və dövlətləri tərəfindən həll edilməsinin vacib sayıb.