Tarix : 2008 Sep 25
Kod 7559

Yeni müharibənin başlanılması Amerikanın ömrünün sona çatması mənasındadır

İran xalqının Amerika xalqına müraciəti sülh, dostluq və qardaşlıq müraciətidir
İİR servisi/Aran Agentliyi

İİR-nin prezidenti vurğulayıb: Yeni müharibənin başlanılması ABŞ-ın ömrünün sona çatması deməkdir. Mahmud Əhmədinejad Amerikanın Pasifik telekanalı ilə müsahibədə ABŞ prezidenti Corc Buşun yeni bir müharibə başlamaq istədiyi, lakin onda aciz olduğunu bildirərək əlavə edib: Buş yeni müharibənin başlanması üçün iki problemlə üz-üzədir. Birisi hərbi əməliyyat acizliyidir, başqası da Amerikada çoxlu ağıllı adamların olmasıdır ki, ona belə bir qərar çıxarmaq icazəsi verməyəcəkdir.
İİR-nin prezidenti habelə bu müsahibədə vurğulayıb: İran xalqının Amerika xalqına müraciəti sülh, dostluq və qardaşlıq müraciətidir.
Əhmədinejad Fələstin məsələsi haqda qeyd edilən böhranın kökünü regionda qeyri-qanuni və qəsbkar bir rejimin olmasında bilərək, əlavə edib: Fələstin məsələsinin həlli üzrə təqdim edilmiş layihələrin məğlubiyyətə uğraması səbəbi budur ki, qeyd edilən layihələrin heç birində öz taleyini təyin etmək üçün Fələstin xalqının qanuni haqqına diqqət yetirilməyib.
İİR-nin prezidenti İranın sülhsevər nüvə proqramı xüsusunda da deyib: İranın nüvə proqramı sülhsevərdir və atom bombasından istifadə dövrü artıq sona çatıbdır.

  • Yazılıb
  • da (də) 2008 Sep 25