Tarix : 2008 Sep 26
Kod 7574

Gürcüstan Rusiya və Azərbaycandan gələn elektrik enerjisindən imtina edib

Gürcüstanla Azərbaycan arasında da parallel rejimdə həyata keçirilən elektrik enerjisinin axını dayandırılıb. Eyni zamanda Gürcüstan öz elektrik enerjisnin Türkiyəyə ixracını bərpa edib
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan Rusiyadan elektrik enerjisi idxalını dayandırıb. Bu barədə “İnterfaks” agentliyi Gürcüstanın elektrik enerji sisteminin kommersiya operatoru” şirkətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Ani Breqvadzeyə istinadən məlumat yayıb. Qeyd edək ki, bu ölkədən elektrik enerjisi Abxaziya ərazisindən keçərək Gürcüstana ötürülürdü.
“Gürcüstanla Rusiya arasında elektrik axınının nə vaxt bərpa ediləcəyi və hansı həcmdə olacağı yaxın zamanlarda bilinəcək”, deyə Breqvadze agentliyə bildirib.O, həmçinin qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında da parallel rejimdə həyata keçirilən elektrik enerjisinin axını dayandırılıb. Eyni zamanda Gürcüstan öz elektrik enerjisnin Türkiyəyə ixracını bərpa edib.
  • Yazılıb
  • da (də) 2008 Sep 26