Tarix : 2008 Sep 26
Kod 7575

İRAN İSLAM RESPUBLİKASINDA «İSRAİLƏ ÖLÜM» ŞÜARLARI SƏSLƏNDİRİLİB

Beynəlxalq Qüds günü münasibəti ilə cümə günü İranın bütün şəhərlərində Fələstin xalqı ilə həmrəyliyin nümayişi kimi mitinqlər keçirilir
İİR servisi/Aran Agentliyi

İranın paytaxtı Tehran şəhərində insanlar küçələrə axışaraq «İsrailə ölüm olsun» şüarları səsləndiriblər və cümə namazı üçün Tehranın mərkəzi məscidinə yollanıblar. Mitinq iştirakçıları İsraili ağır cinayətlərdə ittiham edərək, Fələstin xalqı ilə həmrəyliklərini nümayiş etdirirlər.

1979-cu ildə İran İslam İnqilabından sonra Fələstin xalqı ilə həmrəylik göstərmək üçün hər il Ramazan ayının sonuncu cümə günü Qüds günü elan edilib. O dövrdən etibarən hər il müsəlmanlar İsrailə etiraz əlaməti olaraq aksiyalar keçirirlər.

  • Yazılıb
  • da (də) 2008 Sep 26