Türkiyə servisi/Aran Agentliyi
Sentyabrın 25-də saat 22 radələrindən başlayaraq, Türkiyə hərbi hava qüvvələrinə məxsus bombardmançı təyyarələr İraqın şimalında əməliyyat keçiriblər.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çoxlu sayda türk təyyarələri Kalatuka və Qəndil bölgəsini bombalayıb.
İraqın şimalındakı yerli hökumətə bağlı peşmərgə qüvvələrinin sözçüsü Cabbar Yavər Türk Hərbi Hava Qüvvələrinin Qəndili bombalamasını təsdiqləyib.
Cihan Xəbər Agentliyinə telefonla açıqlama verən Yavər, bombardmanın 21:55-də başladığını deyib.
Mülki əhali arasında itki olmadığını bildirən Cabbar Yavər, bombardmanın gecə saatlarında da davam etdiyinin əlavə edib.